Azərbaycan İslamiadada ilk medalını qazandı

2017-05-13 11:20:29 / 4079 dəfə oxunub

IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə yarımfinal mərhələsinə start verilib.

Sabahinfo.az-ın məlumatına görə, ilk oyunda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət yığmaları qarşılaşıb.

"Sərhədçi" İdman Olimpiya Mərkəzindəki görüş həndbolçularımızın qələbəsi ilə başa çatıb. Qadınlardan ibarət yığma komandamız 42:25 hesabı ilə rəqibini məğlub edib.

Bununla da finala yüksələn Azərbaycan millisi ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, saat 13:30-da keçiriləcək Türkiyə - Kamerun matçının qalibi yığmamızın rəqibi olacaq. Final görüşü mayın 14-də saat 18:00-da keçiriləcək.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!