"Eurovision-2017"nin qalibi İtaliya olacaq - Bukmekerler

2017-05-13 12:07:01 / 4420 dəfə oxunub

Bukmekerler "Eurovision-2017” mahnı müsabiqəsində qalib gələcək ölkənin adını açqılayıb.

Bukmerkerlərin fikrincə, müsabiqədə fovarit italiyalı Françesko Qabbianidir.

"Oddschecker.com” yazır ki, bukmekerlər Qabbianinin qələbəsini 2/1 olaraq qəbul edib. Belə ki, onun qələbəsinə bir dollar qoyan şəxs iki dollar əldə etmiş olacaq.

Bukmekerlər hesab edirlər ki, müsabiqədə qalib gəlmək üçün ən şanslı ikinci namizəd portuqaliyalı Salvador Sobraldır.

Qeyd edək ki, bu gün Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək.

26 ölkənin mübarizə aparacağı final Bakı vaxtı ilə 23:00-da başlayacaq.

azvision.az
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!