"Səhnədə çox həyəcanlı idi" - Hamı Minadan danışır

2017-05-13 13:09:32 / 8076 dəfə oxunub

"Qızımı səhnədə görəndə çox sevindim. Onunla qürur duydum. Bundan gözəl nə ola bilər ki?”

Bunuİslam Oyunlarının açılış mərasimində Mina obrazını canlandıran azyaşlı Eleonoranın anası Heyran Əmiraslanova deyib.

O bildirib ki, açılış mərasimi zamanı qızını səhnədə görmək onun üçün qürurvericidir: "Qızım çox sevinirdi. O, eyni zamanda çox həyəcanlı idi. Açılış mərasimi bitəndən sonra çox həyəcanlı olduğunu dedi. Bu, tək həyəcandan ibarət hislər deyildi, həddindən artıq sevinc yaşayırdı. Qızım üzərinə düşən işi böyük məsuliyyətlə yerinə yetirdi. Mən onu bu mərasimə hazırlayan Leyla, Səbinə xanıma, Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm”

Qeyd edək ki, Mina obrazı tamaşıların rəğbətini qazanıb. Sosial şəbəkələrdə Mina ilə bağlı maraqlı müzakirələr aparılır. Milyonlarla insanın izlədiyi açılış mərasimində Mina obrazını canlandıran Eleonora Yusifova bədii gimnastika üzrə Azərbaycanın milli komandasında məşq edir. O, 6-cı sinif şagirdidir. Anası Heyran Əmiraslanova ixtisasca jurnalistdir.


azvision.az

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!