Azərbaycan gimnastı: "İslamiada çoxlu xalqları birləşdirdi"

2017-05-16 20:00:38 / 2631 dəfə oxunub

Komanda hesabında qızıl, müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə isə gümüş medal qazanan 17 yaşlı Azərbaycan idmançısı Yekaterina Tişkovanın bu ilk beynəlxalq uğurları onun gələcək qələbələri üçün yaxşı stimul olacaq.

Y.Tişkova Trend-ə bildirib ki, İslamiada təkcə idman bayramı deyil, həm də çoxlu xalqları birləşdirən mühüm sülh və dostluq tədbiridir: "Bu mənim üçün ilk beynəlxalq uğurdur - dərhal da "qızıl" və "gümüş". Mən xoşbəxtəm! Qarşıda bizi hələ çoxlu yarışlar gözləyir. Biz də hər zaman çalışacağıq ki, adımızı idman tarixinə yazdıraq və Azərbaycan liderlər sırasında qalsın".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!