Biləsuvarda məcbur ərə verilən qız özünü asdı

2017-05-17 17:37:56 / 5009 dəfə oxunub

Biləsuvar rayonunda gənc qadın intihar edib.

Modern.az xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb. Məlumata görə, Aşağı Cürəli kəndindən olan Abbasova Könül Sakit qızı 4 ay əvvəl xalası oğlu ilə ailə quraraq Bəydili kəndinə gəlin köçüb. Bu gün isə o, asılı vəziyyətdə tapılıb.

Onun ata-anası tərəfindən öz xalası oğluna məcburən ərə verildiyi qeyd olunur.

Bəydili kənd bələdiyyəsinin sədri İlqar KərimovBakiPost.az-a açıqlamasında intihar faktını təsdiqləyib. Bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir.

Xatırladaq ki, ötən ay Biləsuvar rayonunun Bəydili kəndində daha bir intihar hadisəsi qeydə alınmışdı. Yeni ailə qurmuş kənd sakini 31 yaşlı Esmira Həsənova özünü yaşadığı evdə asmışdı. O, intihar etməmişdən əvvəl məktub yazaraq həyatından və problemlərdən bezdiyini, ölümündə heç kimin günahkar olmadığını bildirmişdi.

E. Həsənova Çaylı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənni müəllimi olub.


Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!