"O videonu azərbaycanlılara görə sildim" - Özcan Dəniz

2017-05-17 17:52:16 / 3237 dəfə oxunub

"Heç bir millətin mahnısına düşmən ola bilmərəm. Təsadüfən radioda eşitdiyimiz mahnının sədası altında dilə fikir vermədən bütün komandamız əyləndi. Və həmin anımızı sizinlə paylaşdıq"AzVision.azxəbər verir ki, bunu türkiyəli müğənni Özcan Dəniz erməni mahnısı oxuduğuna görə haqqında səslənərən iradlara münasibət bildirərkən deyib.

"Sonradan yazılan mesajlar əsasında bildim ki, erməni mahnısıdır. Azərbaycanlıların məsələyə həssas yanaşdıqlarını anladığım üçün videonu sildim. Biz yunanlar da daxil olmaqla başqa millətlərin də mahnılarını paylaşırıq. Mənim ölkəmdə çoxlu erməni var. Ona görə də sizin kimi düşünə bilmərəm. Bizim hamımız türk vətəndaşı olaraq yaşayırıq. Mədəniyyətə, musiqiyə mahnıya düşmən münasibəti göstərmək olmaz. Düşmənçilik siyasətdə olur. Mən siyasətçi və ya siyasətlə məşğul olan sənətçi deyiləm.

Sadəcə olaraq azərbaycanlı qardaşlarımızın bu haqlı qəzəblərini anlayıram və həssaslıqla yanaşıram.

Azərbaycanda verdiyim konsertlər və ya çəkildiyim filmlərin orada göstərilməsi pul qazanmaq məqsədi güdmür. Oradakı qardaşlarımızı türk kinosu ilə yaxınlaşdırmağa, sosial həyatınızı canlandırmağa çalışıram. Mən dünyaya kürt, türk, laz, erməni, azərbaycanlı deyə baxmıram. Baxsam, sənətçi ola bilmərəm. İnsan deyə baxıram, insanları ayıran siyasətləri də sevmirəm. Azərbaycanlıları sevirəm. Mənim can qardaşımsınız. Eyni millətin, torpağın övladlarıyıq”-deyə Ö.Dəniz vurğulayıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!