Dilarə Əliyeva: "18 yaşımda ərə getmişəm"

2017-05-18 18:29:28 / 4558 dəfə oxunub

ATV-nin "Bizimləsən" verilişinin növbəti buraxılışı əməkdar artist Dilarə Əliyevaya həsr olunub.

Sabahinfo.az axşam.az-a istinadən bildirir ki,aktrisa həyat yoldaşıOktay Əliyevdən danışıb.

O bildirib ki, 18 yaşında ərə gedib:

"Universitetə daxil olandan 1-2 ay sonra ərə getdim. İlk sevgim, qarşıma çıxan ilk bəy Oktay olub. İlk sevgi güllərini də ondan almışam. Mənə tülpan gətirmişdi. Zahirən nəhəng, amma incə qəlbə malik biridir. Oktay teatrda rejissor idi. Məni tamaşaya dəvət etdi. "Ər və arvad" tamaşası ilə ilk dəfə səhnəyə çıxdım. Onu nümayiş etdirdikdən sonra biz evləndik, ər və arvad olduq".

Qayınanası, xalq artisti Elmira İsmayılova gəlinindən söz açıb:

"Dilarə mənə gəlin yox, qızdır. Hər zaman arzulayırdım ki, qızım olardı. Qeybdən səs gəldi ki, darıxma, Lətifə (D.Əliyevanın anası - red.) sənin üçün qız böyüdür. 24 ildir bizim evimizdədir, heç dəyişməyib. 18 yaşında necə gəlibsə, indidə elədir. Analar günündə mənə birinci Dilarə zəng vurdu. Mənim iki oğlumin (Elçin Əlibəyli və Oktay Əliyev - red.) heç biri nəsə demədi".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!