Cocuq Mərcanlıdan yeni görüntülər - FOTOLAR

2017-05-19 16:25:16 / 6555 dəfə oxunub

Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı sərəncamına uyğun olaraq aparılan tikinti işləri yekunlaşmaq üzrədir.

Hazırda 96 şagird yerlik məktəb binasında və evlərdə son tamamlama işləri aparılır. Qəsəbədə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Su, qaz, elektrik, telefon xətləri çəkilib, 100 kubmetrlik su anbarı inşa edilib. Küçələrdə gecə işıqlandırma sistemi qurulub. Yaxın günlərdə qəsəbədaxili yollara asfalt örtüyü salınacaq.

Dövlətimizin başçısının tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri də tikilməkdədir. 50 sot ərazidə inşa edilən məscidin tikinti sahəsi 556 kvadratmetr, minarələrin hündürlüyü 26 metrdir. Hazırda məscidin fasad hissəsinə aqlay vurulur, damında tamamlama işləri aparılır. Minbərlərin inşası da başa çatmaq üzrədir. Məscidin həyətində dəstəmazxana, yuat yeri və qazanxana da inşa edilir. Tikinti işlərinin iyun ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur. (AzərTAc)





Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!