Sadıq Qarayev: "Erməni əsgərləri qaçırdı..." - MÜSAHİBƏ

Sahibsiz kölgələr....

2017-05-20 14:36:19 / 5509 dəfə oxunub

Sadıq Qurban oğlu Qarayev:- biologiya üzrə fəlsəfə doktoru, " Sahilsiz təzadlar" və " Sahibsiz kölgələr" adlı elmi, fəlsəfi romanlarının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə-İLESAM-ın üzvüdir. "Orbitlər və Universial mövcudluq nəzəriyyəsi"-nin müəllifidir.

Beləliklə bu günki həmsöhbətimiz yazıçı-alim Sadıq Qarayevdir:

Qeyd edək ki, Sadıq Qarayevin fəaliyyəti ilə bağlı geniş məlumatı, bu linkə daxil olmaqla əldə edə bilərsiniz: www.sadiqqarayev.com

- Sadıq müəllim xoş gördük. Sizi Sabahinfo.az. saytı adından salamlayırıq və təşəkkürümüzü bildiririk müsahibə üçün bizə zaman ayırdınız.

- Sizin kollektivinizə böyük hörmətim var. Azərbaycanda fəaliyyət göstərən sayt və portallar arasında həm öz sözünü deyən, həm də təmənnasız, əsl vətənpərvərlik xüsusiyyətlərinə malik saytınız var.

- Sadıq müəllim son illər ard-arda iki romanınız işıq üzü gördü: «Sahilsiz təzadlar» və «Sahibsiz kölgələr». Çox keçmədi ki, romanlarınız məşhurlaşdı. Bunun səbəbi nə idi?

- Bunun əsas səbəblərindən bir hər iki romanda - istər «Sahibsiz təzadlar», «Sahibsiz kölgələr» romanları təkcə bədii ədəbiyyat deyil, elmi-fəlsəfi fikirlər, bizim zənnimizcə insanın bəşəriyyəti təkamülə aparacaq fikirlər, ideyaların yer alması dayanır. Mənim fikrimcə bədii ədəbiyyat təkcə ədəbiyyat xarakterli olmamalıdır. Xüsusilə müasir dövrdə ədəbiyyata yeni bir çalar gəlməlidir. Orta əsrlərdə və yaxud ondan sonra bu yaxın zamanlara qədər ədəbiyyatın missiyası başqa idi. Mən düşünürəm ki, dünyanın qloballaşması, internet dövrü və bütün bunlarla əlaqəli hər şeydə bir dəyişiklik yaranır. O cümlədən ədəbiyyatın mahiyyətində də bir dəyişiklik yaranmalıdır. Bu dəyişikliyin də mərkəzində polisintez xüsusiyyətlər durmalıdır. Bu nə deməkdir? Ədəbiyyat təkcə bir məsələdən, bir süjet xəttindən, təkcə insanların keçici hisslərini, sevgi hissləri oxşamaqla, nostalji hisslərini və yaxud bədbinlik hisslərini oxşamaqla, onunla oynamqla deyil, ədəbiyyatçı öz bədii əsərində geniş kombinasiya qurmalıdı və burda da hər bir fiqurun özünün mahiyyəti, gedişləri olmalıdır. Bu gedişlər içərisində elm də, fəlsədə də, dünyada baş vermiş hadisələr də, milli bəşəri problemlər də yer almalıdır. Mən düşünürəm ki, hər iki romanın populyarlıq qazanmasında bu məsələlərin yeri olmuşdur.


- Sadıq müəllim, sizi bu əsərlərdən öncə bir elm adamı, alim kimi tanıyırdıq. Sizi nə vadar etdi ki, ədəbiyyata gəldiniz? Ədəbiyyata gəlişiniz hardan qaynaqlanır?

- Əslində məni ədəbiyyata gətirən əsas səbəb ondan ibarətdir ki, bizim müxtəlif elm sahələrinə aid sintez elmləri ilə bağlı fikrlərimiz var idi. Bu sintez elmi ilə də bağlı açıqlama verəcəm sizə. Təbii ki, biz bu fikirləri hardasa elmi məqalə formasında verə bilməzdik. Ona görə yox ki, bunların elmi mahiyyəti, elmi həqiqət yükü azdı. Ona görə ki, elmi məqalələr konkret olaraq hansısa elmin, məsələn, fizika, biologiya konkret bir elmə aiddi və bu elmin də içində tutaq ki, botanikaya aiddisə burda fiziologiya var, burda poliobotanika var və s. Yəni elmi məqalə də tələb edir ki, öz qayda-qanununa uyğun məqaləylə çıxış edəsən və fikrlərini bildirəsən. Bizdə olan bu yeni ideyalar, yeni fikirlər, istər ictima-siyasi, istər elmlə bağlı, istər kainat yaranması ilə bağlı bunların hamısını düşünürdüm ki, hansısa bir yolla oxuculara, Azərbaycan ictimaiyyətinə, dünya ictimaiyyətinə çatdırım. Düşündüm ki, bunları obrazlar vasitəsilə versəm mənim işim yüngülləşər. O məsuliyyəti obrazların üzərinə qoyaram. Və beləliklə, mən «Sahilsiz təzadlar» romanını yazmağa başladım. Gördüm ki, yaxşı bir roman halına gəlir. Orda Naxçıvanın təbiəti, Naxçıvanda yaylaq hadisələri, yaylaq vaxtı insanların adət-ənənələri. Bunlara gəlib çatanda məsələni geniş götürdüm ki, mən o yaylaqlarda olmuşam, o həyatı keçmişəm. İndi o şeylər yoxdu. Qoy bu da xalqın həyatının müəyyən bir atributları kimi qalsın. Və bununla da əsər böyüdü və «Sahilsiz təzadlar» romanı əmələ gəldi.

- Maraqlı bir addır. Biliriniz ki, bu gün cəmiyyətimizdə romanı da, povesti də, şeiri də yazmaq olur. Amma oxucu kültəsi elə formalaşıb ki, əsas yazdığın əsərin adıdır. «Sahilsiz təzadlar» və «Sahibsiz kölgələr». Niyə «Sahilsiz təzadlar»?

- Birinci baxaq bu görsənir ki, təzad məsəlsinə. Təzad o deməkdir ki, ilk baxışda bir cür görsənən, həqiqətdə başqa cür olan. Məsələn, ilk baxışdan bizim məntiqlə görsənir ki, BMT-nin 4-5 qətnaməsi var. O qətnaməyə əsasən erməni qoşunları qeyd şərtsiz bizim ərazilərdən çıxmalıdır. Amma reallıqda çıxmırlar. Bu təzaddır. «Sahilsiz təzadlar» romanında biz belə bir şey vermişik. Deməli, tısbağayla Axilles yarışa çıxır. Axilles fikirləşir ki, mən tısbağanı keçəcəm. Bilirsiniz ki, cəld qaçan yunan əsatiridi. Bunu yunan filosofu Zeno yazıb. Onun bir neçə paradoksu var. Biri də budu. Məsələn, Axilles deyir ki, tısbağaya yol verəcəm və verir də. Bir müddətdən sonra Axilles gəlib tısbağanı keçir. Amma məntiqcə Axilles başladığı nöqtədən tısbağanın başladığıyı nöqtəyə qədər bir zaman keçməlidir. Axilles gəlib o nöqtəyə çatana kimi tısbağa bir neçə nöqtə getməlidir qabağa. O həmin nöqtəyə çatana kimi tısbağa yenə bir neçə nöqtə getməlidir. Məntiqlə Axilles tısbağanı keçməməlidir. Amma həqiqətdə keçir. Bu orta əsrlərdə uzun müddət bir təzad kimi qalmışdı. Amma Kvant mexanikası orataya çıxandan sonra plank məsafəsi ola bilsin ki, səhv edirəm 10 üstü mənfi 31 kəmiyyət növüdür. O məsafənin də işıq sürətini keçdiyi vaxtada plank zamanı deyilir. Ondan da kiçik zaman yoxdur. Burdan da belə çıxır ki, Axilles plank zamanın da tısbağadan daha çox plank məsafəsi sərf edir. Ona görə də o gəlib onu keçir. Təzadlar çoxdu. Ona görə də biz birinci kitabımızın adını qoyduq «Sahilsiz təzadlar». «Sahibsiz kölgələr»ə gəldikdə isə bu söz məni həmişə düşündürübdü. Burda maraqlı nüanslar var. O nüanaslar nədir? Baxın, elə insan var ki, onun insanlıq nöqteyi nəzərindən şərəfi, insana aid müsbət keyfiyyəti yoxdu. Elə bil ki, insanın kölgəsi var, insanın özü yoxdu. Bu sahibsiz bir kölgədi. Bu mənfi mənalarda da var. Amma müsbət mənalarda da belə bir şey var. Ümumiyyətlə, kainatin xilqətində şeytanla mələk kimi, mənfiylə müsbət varlıqlar olduğu kimi mənfi və müsbət sahibsiz kölgələr də var. Məsələn, mənfisini mən dedim. Allahın üz döndərdiyi, Allahın onun əməlindən, mənəviyyatından üz döndərdiyi sahibsiz kölgə kimi buraxdığı insanlar var. Eyni zamanda müsbət sahibsiz kölgələr də var. Dünyanın hər yerində xüsusi xidmət orqan işçiləri hər şeyi əməli, gedişatları gizli olur. Oturub səninlə söhbət edir. Özü burda kölgəsi başqa şey deyir. Və yaxud bizim milli qəhrəmanlarımız olub, naməlum qəhrəmanlarımız. Elə qəhrəmanlarımız olub Çingiz Mustafayev kimi. Onu xalq tanıyır. Televizorda göstərilib. Amma bizim elə qəhrəmanlarımız olub ki, Qarabağda elə döyüşlər göstərib, igidliklər göstərib, amma heç kimin ondan xəbəri yoxdu. Onların qəhrəmanlığını xalq, millət, kənd tərəfindən bilməyərəkdən sahibsiz buraxılıb. Məsələn, beş nəfər gedib döyüşə orda elə qəhrəmanlıq göstərib ki, bundan bizim xəbərimiz olmayıb. Bu da yaddaşlar tərəfindən buraxılmış naməlum kölgədi. Və o naməlum milli qəhrəmanlar hər bir xalqın mənəvi dayaq nöqtəsidi. Onlara qoyulmuş abidələr hər bir xalqın gəncinin, orta nəslinin, gələcək nəslinin istiqaməti, mayası olmalıdır. Bir də «Sahibsiz kölgələr»də bir Fəridə obrazı var. Çox qəribə bir obrazdı. Təsəvvür edin ki, öz ömrünü qardaşına, şagirdinin övladına həsr etmiş çox nəcib vətənpərvər obrazdı. Gedir ki, onu yetişdirən ustad kəşfiyyatçını öldürsün. Amma görəndə ki, onu rus kəşfiyyatı gəlib öldürməyə özünü atır qabağa özü ölür. Hətta öz həyat yoldaşını və başqa bir şəxsi də qətlə yetirir. Nəcib bir müəllimə həyatda necə çevrilə-çevrilə gəlir. Həyatda övladı olur. Bu qadın ata nəvazişindən, ər nəvazişindən, övlad nəvazişindən sahibsiz buraxılmış bir kölgədi. Görün «Sahibsiz kölgələr» romanında nə qədər sahibsiz kölgə fikriylə, mahiyyətiylə cəmlənən bir obrazları bir yerə yığmışıq.

- «Sahibzsiz kölgələr»dən söz düşmüşkən, bu qədər oxuduğum əsərlərdə, romanlarda rastıma çıxmayıb ki, hansısa bir alim, ziyalı müharibələrə bu qədər bəraət qazandırsın. Siz «Sahibzsiz kölgələr»də müharbələrə bəraət qazandırırsınız və bu da cəmiyyətdə birmənalı qaşlıanmadı. Düzdümü?

- Düzdü orası. Amma məsələ belədi ki, cəmiyyət belə qəbul edir ki, ailimdi, yazıçıdı bunlar bir az humanist olmalıdı. Hərbçi müharibəyə bəraət qazandırmalıdı. «Sahibzsiz kölgələr» romanı Azərbaycan kəşfiyyatçılarına həsr olunub. Burda xüsusilə Azərbaycan və erməni kəşfiyyatçısını üz-üzə gətirib nəyə qulluq edir, hər ikisinin əməli, mahiyyətilərini qarşılaşdırmışıq və real bəzən eşitdiyiz Xocalıda, Qarabağda olmuş hörmətli qazilərimizin şəhidlərimizin hansı ki, öz xatirələrindən ümumiləşmiş bir obrazlar vardı. Və ona görə də «Sahibzsiz kölgələr» romanının özünün abı-havası həm müharibə, həm də hərb abı-havası daşıyır. Orda belə bir epizod var, əsərin qəhrəmanlarından biri Çoban Zalov dağa gedir. Məktub aparacaq öz kəşfiyyatçılarının tapşırığı ilə. O heç özü də bilmir məktubu niyə aparır? Orad belə bir müharibədə ən mədəni iş ən çox düşmən əsgəri öldürməkdi. Yazıçı-alim düşüncəsinin ən vətənpərvər hissi, ən kişiyanə hissinin də ən kuliminasiya nöqtəsi daha çox düşmən əsgəri öldürməkdir. Bu məsələnin bir tərəfi. İkinci tərəfi mən bioloqam. Sizə maraqlı bir şey deyim ki, yaranmış hər bir canlı, heyvanlardan götürək də. Hər bir yaranın virus ölməsəydi. Dünya viruslarda dolu olardı. Ümumiyyətlə, kainatda hər şey o qədər prinsiplə nizamlanır ki, Allah-Təalanın qoyduğu qanun istər canlı aləmi, istər cansız aləmi hər şeyi tətbiq edir. məsələn götürək fərqliliyi. İlk baxışdan bütün insanlar eynidir. Amma heç biri bir-birini təkrarlamır. Kainatda bir-birinin eyni olan cism yoxdur. Hətta eyni elementin atomları bir-birindən fərqlidir. Bu nöqteyi nəzərdən insanların da çox təəssüf ki, bəşəriyyət svilizasiyasının inkişaf etməsi üçün müharibə enerjisinə ehtiyac var. Bu belədir. Çünki tarix boyu olan o müahribələr olmasaydı, bəşəriyyət indiki sivilizasiyaya çatmazdı. Hansısa müəyyən bir nöqtədə qırılardı. Biz həqiqəti deyirik. Heç kim iddia edə bilməz ki, II Dünya müharibəsi olmasaydı Avropa və yaxud SSRİ bu qədər inkişaf edirdi. O vaxt olmasa bu vaxt labud idi. Müharibələr bəşər sivilizasiyasının sanitarlarıdır. Ermənilərlə bizim xalqın müharibə məsələsinə gələndə, bu qaçılmazdır. Ona görə ki, onlar bizim tarixi dədə- baba torpaqlarımızda bir dövlət qurubdular. Bunu Avropanın, Rusiyanın istəklərinə, maraqlarına uyğun qurublar. Yerevan bizim olub. Cənab Prezident də deyir ki, ora bizim dədə-baba tarixi torpaqlarımızdır. Fikir verin, böyük Rusiya imperiyası çökəndə 1918-ci ildə inqilab olanda mərkəzdə Moskvada, Peterburqda boşluq yarananda bir torpağımız aldılar, daha sonra 1990-cı ildə çökəndə bir torpağımızı aldılar. Onlar tarix boyu torpaqlarımızı hissə-hissə alıblar. İndi də Qarabağı alıblar və istəyirlər ki, buna hüquqi don geydirsinlər. Bizim bunlarla müharibə etməyimiz qaçılmazdır. Onlar bizim torpaqlarımızı qeyd şərtsiz qaytarmalıdılar. Azərbaycan xalqının tarix boyu heç kimin torpağında gözü olmayıb. Ermənilər özləri də bunu başa düşürlər. Orda tikan üstündə oturublar. Mən «Sahibsiz kölgələr» romanında müharibə tumurcuqları belə bir məqam qeyd etmişdim. Müharibə tumurcuğu şişmişdi. O tumurcuqlar açıldı yazda Xocalıda, Şuşada dolmuş qisas alovu, çiçəyi, onun ətri Azərbaycan xalqını məst elədi. Aprel döyüşlərində biz qələbə çaldıq. Erməni əsgəri qaçırdı. Erməni əsgəri niyə qaçırdır? Azərbaycan əsgəri görmüşdü. Bu həqiqətən belədi. Erməni əsgəri Azərbaycan əsgərini görəndə qaçmalıdır. Bu həqiqətdə belədir. Həm haqsızlığı, həm onun xarakteri, həm onun psixologiyası. Bu tumurcuq açıldı aprel döyüşlərində. Qisas buzları əridi. İndi gördünüzmü, müharibənin müsbət tərəfi də var? Bir də məsələnin bir kosmopolit tərəfi də var. Uzun müddət müharibələr arasında fasilə olanda insanlar mənəviyyatca çirkinləşir, paslanma, mənfi bir enerji, aura yaranır. Müharibə onu təzələyir. Ona görə müharibə məsələsinin tərəfində durmuşuq.

- Bundan qabaq da bizim tanışlığımız olmuşdu sizin nəzəriyyə ilə. Sizin romanlarınızdan, elmi məqalələrinizdən başqa bir nəzəriyyəniz də var. Orbitlər və universal nəzəriyyəsində bir düstur formalaşdırmısınız. Yəni fizik dillə desək, V- QEM/TR Bu nə deməkdir?

- Burda orbitlər və universal mövcudluq nəzəriyyəsi ilə maraqlanan oxucular onu tam oxumalıdılar ki, başa düşsünlər. Çünki bu bədii əsər deyil, elmi nəzəriyyədi. Sizin suala gəldikdə isə v mövcud, var olun, e enerjidi, m mahiyyətdi, t zamandı. Yəni hər bir mövcud olan öz varolma enerjisi, mahiyyəti ilə düz, zamanla tərs mütənasibdi. Bu düsturu bizdə Quranı qəbul etməyən alimlər qəbul etmədi. Amma mən o məqaləni Moskvada beynəlxalq elmi jurnalda dərc etdirdim. Jurnalın adı rusca İSİ, müasir elmin problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları. Məsələ nədir? Onlar niyə qəbul etmədilər? Çünki bizim bəzi alimlər Quranın məntiqini qəbul etmir. Guya bu ehkama gedir. Binqam nəzəriyyəsində dünyanın yaranmasını bir nöqtədən onun fizki, kimyəvi mənşəyi məlum deyil. Hətta bəhs elədiyim plank məsafəsindən kiçik o nöqtəni hesab edirlər 10 üstü mənfi 30 neçədən kiçik bir nöqtə olub. O nöqtə partalyıb və ondan bu dünya yaranıb. İndi bu dünyanı cəmləsək o nöqtəyə bərabər olar? Belə bir təzad çıxır ortaya? Amma biz demişik ki, Allah-Təala var, onun «var ol» sözü var. Bu sadəcə «var ol» sözü deyil. Biz o məsələnin məntiqini bilmirik. Bilirsiniz məntiqin də formaları var. Allah-Təala indiki bizim kainata «var ol» deyirsə, onun məqsədi var. Biz o məqsədi bilmərik. Amma o sözdən biz gəlib çıxarıq o nöqtəyə ki, ondan yaranan ümumkainat enerjisinin içində hər var olanın öz enerjisi olmuşdur. Zaman keçdikcə hər birinin öz növbəsi çatanda mövcudluğa çevrilmişdir. Bu da təkamül zəruriliyi prinsipilədir. Məsələn, qabaqlar yer dəyirmanı ilə insanlar un üyüdüb çatdırırdılar. Amma indi Moskvanın, Nyu-Yorkun camaatına yer dəyirmanı ilə un üyüdüb çatdırmaq mümkün olmaz axı. Ona görə elektrikə ehtiyac var. Bu da var olma təkamül zəruriliyi prinsipiylə elektrik yarandı. Bunu deməkdə məqsədim odur ki, hər bir mövcud olan cism və hadisənin varolma enerjisi əvvəldən olub. Zaman xəttində ehtiyac, zərurət yaranan nöqtədə, bunu da Allah bilir, o mövcudluğa çevrilir. Bizim bu düstur niyə universal mövcudluq düsturu adlanır? Ona görə ki, bütün var olan hər şeyə aid eləyir və mahiyyəti də budur ki, hər bir real mövcud olan bəhs elədiyimiz varolma enerjisi mahiyyəti ilə düz, ömrünün kvadratı ilə tərs mütənasibdir. Bizim bəzi alimlərimiz mahiyyət sözünü başa düşmürlər. Deyirlər biz cismin mahiyyətini necə düstura salaq? Bax, məsələnin qəliz nöqtəsi buradı. Sizə bir şey deyim ki, kainatda baş vermiş hadisələri bir elmlə izah etmək mümkün deyil. Məsələn, göz. Gözü təkcə tibbi cəhətdən izah etmək mükün deyil. Gözdə gedən reaksiyalar var, onun biofizikası var. Bu barədə qalaq-qalaq dissertasiyalar yazılıb. Yenə də gözün mahiyyətini tapmaq mümkün deyil. Çünki o polisintez elmidi. Elə bir düstur tapmalısan ki, o düsturda təkcə fiziki, kimyəvi parametrləri deyil, bir neçə elmin parametrlərini bir yerə qoyasan. O da elm hələ ora gəlib çatmayıb. Mən qarışıq elmələrə üstünlük verirəm. Dünya da bu istiqamətdə gedir. Mənim doktorluq işim polibotnikaya aid bir şeydi. Baxıram ki, 70 milyon il bundan əvvəlki şabalıdyarpaq palıdın tozcuqlarını indikiylə oxaşrdı. Əgər təkamül varsa, bu niyə dəyişib başqa cür olmayıbdı. Hər bir növ dəyişir, öz növü çevrəsində.

- Müəllim, romana qayıdaq. Siz bundan öncə «Sahilsiz təzadlar», indi isə «Sahibsiz kölgələr» «Qızıl kəlmə» mükafatına təqdim etmisiniz. Bu mükfat təqdimetməsindən gözləntiləriniz nədir?

- Mən kitabımı təqdim edəndə gözləyirdim ki, bu mükafat mənim kitabımı verilsin, bunu gözləyirdim də və buna haqqım da var. Amma nədənsə mükafat başqa kitablara verildi. Mən o dostlarımı da təbrik edirəm gec də olsa. Fərqi yoxdur biz azərbaycanlıyıq və onların uğurunu öz uğurum hesab edirəm. Cənab nazir Əbülfəs Qarayev təqdimatda belə bir çıxış etdi ki, elə kitablar yazılmalıdır ki, onlara filmlər çəkilsin. Mən də o tədbirdən sonra cənab nazirə yaxınlaşdım və dedim ki, cənab nazir, dediyiniz kitablardan biri budu.

Sizə bir şey deyim. Erməni alimi Haxtacyanın əsərləri hardasa keçmiş ittifaqda məşhurdu. Onun elmi işlə bağlı məqaləsində rast gəldim. O deyir ki, bu bitki Qarabağda, Şuşada var. Ulduz qoyub üstünə. Altında yazıb ki, Qarabağ vaxtilə Ermənistanın olub . Bu SSRİ dövründə, hardasa 80-ci illərdə çıxan baş botanika bağının jurnalında yazılıb. Görürsünüzmü, o alim kimi alimliyini eləyir, amma erməniliyini qoymur qırağa. Mən alim kimi müharibəyə haqq qazandırıramsa, onların yazıçısı Zori Balayan Xocalıda, Şuşada şəxsən işgəncə verirdi, diri-diri ürəyini çıxarıb satırdı. «Sahibsiz kölgələr» bu barədə məlumat vermişik. Biz özümüzü onlarla müqayisə etmirik. Onların xilqəti o cürdü. Bizimki mərdi-mərdanə, Azərbaycan kişisinə yaraşan torpağımızı işğaldan qurtarmaq üçün müharibədi.

- Müsahibə boyu kifayət qədər məsələlərə aydınlıq gətirdik. Vaxtın darlığı imkan vermədi ki, daha geniş aydınlıq gətirək. Yəqin ki, gələcəkdə yenə müsahibələrimiz olacaq. Romanlar, yazıçılıq, alimlik, elmi təhqiqatlar bunlar aydındır. Bəs gələcək planlarınız? Hal-hazırda nə işlə məşğulsunuz?

- İnşallah gələcək görüşlərimiz davam edər. Hal-hazırda bədii-ədəbi fəaliyyətə hələ ki, fasilə vermişəm. Biri 500, digəri 630 səhifədən ibarət irihcəmli romanlarımın hər ikisinə hörmətli akademikimiz İsa Həbibəyli ön söz yazmışdı. Hazırda Azərbaycanın turqay florasının mezotermik reyklərinin bioekologiyası və becərilməsi mövzusunda doktorluq üzərində işləyirəm. İnşallah bu doktorluq dissertasiyasını tamamlayandan sonra mənim diqqətimi cəlb edən relikt areallar və relikt bitkilər hansı ərazilərdə hansı təsirlərlə qalmışdır. Bu mövzu üzərində işləyəcəm.

Sizə və kollektivinizə uğurlar arzu edirəm.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws