Nazir İslam Oyunlarında bilet satışından ələ edilən gəlirdən DANIŞDI

2017-05-23 16:30:53 / 2464 dəfə oxunub

"IV İslam Həmrəyliyi Oyunlarında peşəkar idmançılar iştirak edirdi. Bizim idmançılarımız da gərgin mübarizə apardı və birinci yerə sahib oldu. Təhlükəsizlik, nəqliyyat baxımından hər şey yüksək səviyyədə təşkil olundu, qonaqlar da razı qaldı".

Bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

A.Rəhimov qeyd edib ki, 16 idman obyektində yarışlar heç bir problem olmadan keçirilib.

"3 minə yaxın idmançı, minə yaxın nümayəndə və minə yaxın texniki heyət Oyunlarda iştirak edirdi. Açılış və bağlanış mərasimləri də yüksək səviyyədə keçirildi. Oyunlar sanki bir bayram təəssüratı yaratdı, hər kəs bu Oyunları çox böyük maraqla izlədi. İdmançılar da təşçilatçılıqdan, onlar üçün yaradılan şəraitdən çox razı qalıb. IV İslam Həmrəyliyi Oyunları Rio-de-Janeyrodakı Olimpiya Oyunlarından daha yüksək səviyyədə keçirildi".

Azad Rəhimov deyib ki, Oyunlarda 59 ölkədən 360 min bilet alınıb. Nazir bildirib ki, bilet satışından 3 milyon manata yaxın gəlir əldə edilib.

"Ancaq bu rəqəmlər hələ dəqiqləşdirilir. Bu işlər tam yekunlaşdıqdan sonra dəqiq rəqəmlər açıqlanacaq".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!