281 milyon manat hara xərclənib? - Rəsmi məlumat

2017-05-23 14:30:25 / 1008 dəfə oxunub

4Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 281,5 milyon manat vəsait istifadə olunub.

Bu barədə "2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.

Bildirilib ki, bu mənbədən ünvanlı sosial yardımın maliyyələşdirilməsinə 20 milyon manat, erməni silahlı qüvvələrinin cəbhəyanı rayonlarının intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılmasına 6 milyon manat, bir sıra şəhər və rayonlarda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə və əsaslı təmirinə, lift təsərrüfatının maddi və texniki bazasının möhkəmləndirilməsinə 60,2 milyon manat, əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsinə 12 milyon manat, Gəncə Dövlət Filarmoniyasının tikintisinə 10 milyon manat, respublikanın bir sıra rayonlarında kənd avtomobil yollarının tikinti və yenidən qurulmaısna 65,1 milyon manat, 1941-1945-ci illər iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsinə 8,4 milyon manat, əhalinin özünəməşğulluluğuna kömək göstərilməsi üçün 6 milyon manat, Goranboy rayon Mərkəzi Xəstəxanasının tikintisinə 1 milyon manat, Diaspora təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə 3 milyon manat, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subarteziyan quyularının qazılmasına 10 milyon manat, Gəncə şəhərində leysan yağışları nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılmasına 5 milyon manat, dini qurumlara maliyyə yardımı göstərilməsinə 1,8 milyon manat, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşaşyış binasının tikintisinə 3 milyon manat, ASAN Xidmət mərkəzlərinin fəaliyyətinin inkişaf etdirilməsinə 5 milyon manat, bir sıra rayonlarda yeni ümumtəhsil məktəblərinin tikintisi və əsaslı təmirinə 6 milyon manat və digər tədbirlərə 59 milyon manat vəsait yönləndirilib.

Büdcə ilinin sonuna istifadə olunmamış 3,5 milyon manat vəsait "büdcə sistemi haqqında” qanuan əsasən dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülüb.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws