“Ceyms Bond” vəfat etdi

2017-05-23 18:44:09 / 2896 dəfə oxunub

Məşhur britaniyalı aktyor Rocer Mur 89 yaşında vəfat edib.

APA-nın məlumatına görə, bu barədə aktyorun yaxınları "Tvitter”də məlumat veriblər. R. Mur İsveçrədə dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.

R. Mur 1927-ci ildə anadan olub. O, daha çox Ceyms Bond haqqında lentə alınan filmlərin qəhrəmanı kimi tanınırdı.

Aktyor "Qızıl tapançalı insan"(1974), "Məni sevən casus"(1977), "Ay yarışçısı",(1979),"Yalnız sənin gözlərin üçün" (1981) və "Öldürməyə baxış (1985) filmlərində müxtəlif obrazlar yaradıb.

Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!