CARİ İLİN BİRİNCİ RÜBÜNÜN SOSİAL- İQTİSADİ İNKİŞAFININ YEKUNLARI

2017-05-23 20:10:52 / 6049 dəfə oxunub
Şəhər İcra Hakimiyyətində 2017-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi.

Sabahinfo.az xəbər verir ki, yığıncağı Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov açdı, ölkə başçısının şəhərimizə növbəti səfərindən, səfər çərçivəsində etdiyi bir-birindən əhəmiyyətli obyektlərin açılışından danışdı, cənab Prezidentin sədrliyi ilə keçirilən "Qeyri-neft ixracatçılarının I respublika müşavirəsi”nin əhəmiyyətini vurğuladı.

Hesabat dövrü ilə bağlı məruzə edən ŞİH Başçısının I müavini Qənimət Qaraşov haqqında söhbət açılan dövr ərzində hərtərəfli inkişafa nail olmaq üçün qüvvələrin səfərbərliyə alındığını, quruculuq, abadlıq işlərinin davam etdirildiyini, infrastrukturun yaxşılaşdırılması, adamları narahat edən problem və çətinliklərin aradan qaldırılması üçün xeyli işlər görüldüyünü diqqətə çatdırdı.
Ümumdaxili məhsul istehsalından danışan natiq bildirdi ki, bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 milyon manat və yaxud 21,3 faiz çox-159,2 milyon manatlıq ümumdaxili məhsul istehsal olunmuşdur. 93,0 faizi qeyri-neft sektorunda istehsal olunmuş ümumdaxili məhsulun artımı əsasən məhsul istehsalının, tikinti işlərinin və xidmətlərin həcminin artırılması hesabına olmuşdur.
Sonra Su-Kanal İdarəsinin rəisi Sabir Həsənov, Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Elşad Abbasov, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax sahəsinin rəisi Azay Muxtarov məruzə ətrafında çıxış etdilər, rəhbərlik etdikləri xidmət sahələrində hesabat dövründə görülən işlərdən söz açdılar.
Hesabat yığıncağının sonunda qərar layihəsi, əlavələr və təkliflər nəzərə alınmaqla qəbul edildi.

Yığıncağı Qoca Səmədov yekunlaşdırdı.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!