Şəmkirdə bələdiyyələr üçün seminar keçirildi

2017-05-12 17:30:07 / 4495 dəfə oxunub
Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi işi davam etdirilir.

Bu məqsədlə Şəmkir Əhməd Cavad adına Mədəniyyət Mərkəzində Şəmkir Regional Ədliyyə İdarəsinin əməkdaşları tərəfindən Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirilib.

Seminarda Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Ərazi idaretmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, Şəmkir Regional Ədliyyə İdarəsinin rəisi Zahir Hümbətov, Ədliyyə Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakultəsinin baş məsləhətçisi, ədliyyə müşaviri Qalib Məmmədov, Ədliyyə Akademiyasının Cinayət prosesi kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, ədliyyə müşaviri Mətanət Əsgərova iştirak ediblər.

Seminar müşavirədə Ədliyyə Akademiyasının əməkdaşları "Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunu"nda yeniliklər və tələblər, "Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, "Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri”, "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, "İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, "Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, "Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzularında məruzələrlə çıxış ediblər.

Seminarlarda eyni zamanda yuxarıda qeyd edilən mövzular ətrafında fikir mübadiəsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!