Çaparlı, Ələsgərli, Dağ Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinə yeni kadr təyinatları

2017-05-23 20:31:57 / 5598 dəfə oxunub
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çaparlı, Ələsgərli, Dağ Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinə yeni kadr təyinatları olub.

Sabahinfo.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə Qasımov Hüseyn İspəndiyar oğlu, Çaparlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə Mərdanov Tariyel Məhəmməd oğlu, Dağ Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə Hüseynov Sahib İlyas oğlu icra nümayəndəsi vəzifəsinə təyinat alıblar.
23 may 2017-ci il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov yeni təyinat alan icra nümayəndələri ilə görüş keçirib.

Görüşdə icra başçısı hər üç yeni icra nümayəndəsinə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib.
Yeni təyinat almış icra nümayəndələri də öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədova onlara göstyərdiyi etimada görə təşəkkür ediblər. Bildiriblər ki, xidmət göstərəcəkləri müddətdə vəzifə borclarını layiqli yerinə yetirəcək, rəhbərliyin etimadını doğruldacaqlar
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!