BDU-nun Qazax filialında və Qazax Dövlət Sosial İqtisadi Kollecində görüş- toplantı keçirilib

2017-05-18 19:36:22 / 5829 dəfə oxunub
Qazax rayonu İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə BDU-nun Qazax filialında və Qazax Dövlət Sosial İqtisadi Kollecində görüş - toplantı keçirilib. 

Sabahinfo.az xəbər verir ki, toplantını RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı Məhəmnməd Orucov açmış və "Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər" mövzusunda məruzə etmişdir. Məruzədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu dini siyasət, radikal dini cərəyanların mahiyyəti, təbliğat metodları, radikallığı ilə daha çox fərqlənən dini cərəyanlardan vəhhabiliyin müasir durumu, vəhhabiliyin Azərbaycanda yayılması, onun Azərbaycanda yayılmasına təsir göstərən amillər, bunların qarşısının alınması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş və ətraflı məlumat verib.

Məruzə ətrafında DTX-nın Qazax rayon şöbəsinin rəis müavini Müşfiq Mürsəlov, Rayon Prokurorunun köməkçisi Nəriman Əsədov, Rayon Polis şöbəsinin bölmə rəisi Elçin Qasımov, Rayon Polis şöbəsinin sahə rəisi Amil Budaqov, bölgə qazisi İlham Süleymanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, BDU-nun Qazax filialında ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev və Qazax Rayon Dövlət Sosial İqtisadi Kollecinin direktor müavini Vüqar Əyyubov çıxış ediblər.

Çıxışlar zamanı dini radikalizmin törətdiyi fəsadlar barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibiniə qoşmaq cəhdləri qətiyyətlə pislənilmişdir. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında toplantı iştirakçılarına geniş məlumat verilmişdir.

Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadlıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusilə qeyd olunmuşdur.

Dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin, tələbə və şagirdlərin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanmışdır.
Sonra görüş müəllim və tələbələrin sualları ilə diskussiya formasında davam etdirilmişdir.

Axırda təhsil müəssisələrinin müəllim və tələbə kollektivi bu cür dini-maarifləndirici, istiqamətləndirici tədbirlərin tez-tez keçirilməsinə böyük ehtiyac olduğunu bildiriblər.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!