Bir ilin salnaməsi

2017-05-19 19:38:34 / 6260 dəfə oxunub
İnsan həyatında ən əhəmiyyətli duyğulardan biri inamdır, inam olmasa insan heç bir uğur qazana bilməz. Danılmaz faktdır ki, neçə illərdir qazaxlılar ümidsizlik, inamsızlıq içində yaşamışdır. Sanki dərin bataqlığa düşərək buradan nə vaxtsa çıxa biləcəklərinə inamı itirmişdilər. Çünki hər gün döyülən qapıdan hər dəfə naümid qayıtmış, boş vədlər, sözlər eşitmişdilər.

Qazaxlıların qəlbində bu inam Rəcəb Babaşovun Qazax rayon İcra Hakimiyyətinin Başçısı təyin olunan gündən yarandı. O, ötən 1 il ərzində Qazaxın küçələrini, kəndlərini qarış-qarış gəzərək harda nə problem, çatışmazlıq varsa onları üzə çıxartdı, onların həlli üçün müvafiq qərarlar qəbul etdi və lazımi tapşırıqlar verdi. Qısa zaman kəsiyində rayonun şəhər və kəndlərində elə bir səliqə-sahman, abadlıq, təmizlik yarandı ki, bunlara baxdıqca hər kəs heyran qaldı.

İnsanı zamanın məhsulu sayırlar. Əslində isə zamanı insan yaradır. Zaman insanın məhsuludur. Ən pis zamanda belə yaxşı, bacarıqlı, səriştəli insan zamanı dəyişir. Cənab Rəcəb Babaşov Qazaxın zamanını dəyişdi. Artıq pis zamanlar arxada qaldı və biz yaxşı zamana doğru irəliləyirik. Cənab Rəcəb Babaşov Qazax rayonuna İcra başçısı təyin olunduqdan sonra rayonda həyat yeni bir axara düşdü, hər bir rayon sakinində qurub-qaratmaq, abadlaşdırmaq həvəsi yarandı.

May ayının 19-dan sonra hər şey dəyişdi. Daha qazaxlılar zamanı gözləmir, zaman onları gözləyir. Hər kəsin ayrı-ayrılıqda problemləri dinlənilir, həlli istiqamətində aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verilir. İcra başçısı vətəndaşları tək qəbul günlərində deyil, başqa günlərdə, hətta şənbə və bazar günləri də qəbul edir.

Şəhər sakinləri ilə yanaşı Rəcəb Babaşov kənd sakinlərinin də problemlərini öyrənir. Kəndlərin birində olan görüşdə dediyi kimi:"Harda problem varsa, mən ordayam”. Daha kənd sakinlərinin onunla görüşmək üçün şəhərə gəlməsinə ehtiyac yoxdur. Çünki cənab başçı özü onlarla görüşə gedir. O, hər gün bir deyil, bir neçə kənddə olaraq camaatla görüşlər keçirir. Ağsaqqalından tutmuş azyaşlısına qədər hər kəsin yaşayış şəraiti ilə maraqlanır. Diqqət və qayğı göstərir. Elə bir mehribanlıqla, mərhəmətlə insanlara yanaşır ki, sanki onların ailə üzvlərindən biridir və bu torpaqda doğulub.
Cənab Rəcəb Babaşov ilk görüşə birbaşa sərhəd kəndlərindən başladı. Düşmənlə üz-üzə dayanan Məzəm kəndində düşmənin atəş nöqtələrinə yaxın məsafədə yerləşən evlərin qarşısında hündür hasarlar çəkdirərək düşmənə sipər yaratdı. Hal-hazırda kənd sakinləri rahat yaşayır, kənd təsərrüfatı işləri və öz qayğıları ilə məşğul olurlar.
Deyirlər insan şəraitdən asılıdır. Əslində isə şəraiti insan yaradır. Cənab Rəcəb Babaşov insanlara işləmək, fəaliyyət göstərmək, qurub-yaratmaq üçün şərait yaradır. Bu da rayon sakinlərinə qol-qanad verir. İnsanları daha həvəslə, daha böyük ruh yüksəkliyi ilə çalışmağa sövq edir. Bu gün Qazaxda elə bir sağlam mühit yaranıb ki, insanlar bu mühitdə sözün əsl mənasında qurub, tikib, yaradırlar, kənd təsərrüfatı ilə, torpağı əkib-becərməklə məşğul olurlar. Bu gün Qazaxda əkilib becərilməyən bir qarış da olsa torpaq sahəsi yoxdur. Bundan başqa rayonda sahibkarlara, fermerlərə və iş adamalırına da hər cür şərait yaradılır və onlara lazımi köməkliklər göstərilir.
Cənab Rəcəb Başovun fəaliyyətinin ən vacib amillərindən biri də rayonda neqativ hallara qarşı barışmaz mübarizə aparmasıdır. Bunun nəticəsidir ki, bu gün Qazaxda şəffaflıq təmin edilib, bütün mənfi hallar birmənalı şəkildə aradan qaldırılıb. Odur ki, indi Qazaxda işləmək və yaşamaq daha rahatdır.
Bu bir il ərzində elə bir Qarabağ müharibəsi əlili, iştirakçısı, elə bir şəhid ailəsi, elə bir imkansız, kimsəsiz ailə, adam olmaz ki, Rəcəb Babaşov şəxsən onunla maraqlanmasın. İcra Başçısı bu ailələrə baş çəkdi, onlarla görüşdü onlara arxa və dayaq oldu."Şəhid ailəsi mənim öz ailəmdir”- dedi.
Cənab Rəcəb Babaşovun ötən bir il ərzində gördüyü işləri sadalamaqla qurtaran deyil. Ölkə Prezident İlham Əiliyev cənabları 19 oktyabr 2016-cı ildə Qazax rayonuna səfər edərək bir neçə obyektin açılış mərasimlərində iştirak etmiş və qısa müddət ərzində rayonda görülən işlərə yüksək qiymət vermişdir.
Qarşıda qazaxlıları daha böyük tikinti-quruculuq işləri, daha genişmiqyaslı layihələr gözləyir. İnanırıq ki, qarşıya qoyulan bütün məsələlər öz müsbət həllini tapacaq, cənab Rəcəb Babaşovun rəhbərliyi altında uğurla həyata keçiriləcəkdir.
Cənab Rəcəb Babaşovu Qazax rayonu İcra Hakimiyyətinin başçısı təyin etdiyinə və Qazax rayonunda aparılan geniş tikinti-quruculuq və abadlıq işlərinə görə rayon sakinləri ölkə prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlıqlarını, təşəkkürlərini və razılıqlarını bildirirlər.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!