Əsaslı yenidən qurulan Ağstafa şəhər 3 saylı tam orta məktəbində işlər sürətlə davam etdirilir

2017-05-17 17:49:20 / 5094 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sisteminin də maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirilir. Bu sahədə islahatların sürətlə həyata keçirilməsi təmin olunmuş, ölkənin təhsil sistemi əsaslı şəkildə yenidən qurulmağa başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2016-cı il tarixli "Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq məktəb bnasının əsaslı yenidənqurulması işləri sürətlə davam etdirilir.

Ağstafa şəhər 1320 şagird yerlik məktəb binasının hər iki korpusunun köhnə dam örtüyü sökülərək müasir tələblərə uyğun qurulmuş, binada uyğunsuz arakəsmələr ləğv olunmuş, döşəmələr, qapı və pəncərələr tamami ilə dəyişdirilmişdir. Məktəb binasının kommunikasiya sistemi də layihəyə uyğun qaydada yenilənir. Belə ki, elektrik, rabitə sistemi müasir tələblərə uyğun yenilənmiş, həmçinin binanın müvafiq yerlərində 20 dən çox təhlükəsizlik kameraları quraşdırılacaqdır. Akt və idman zalı müasir tələblərə uyğun formada yenidən qurulur. Sinif otaqlarında işlər tamamlanmaq üzrədir. Məktəb binasını əhatə edən sədlər dekorativ hasrlarla əvəz olunacaq.Açıq havada yerləşən idman meydançası və qurğuları da yenidən qurulacaq. Ətrafda abadlıq işləri görüləcək. Həmçinin məktəbə gedən əsas avtomobil yolu da yenidən salınacaqdır.

Məktəbin yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!