Ağstafada baramaçılıq uğurla inkişaf etdirilir

2017-05-23 20:50:36 / 5248 dəfə oxunub

Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq ölkəmizdə ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

O cümlədən Ağstafa rayonu üçün də ənənəvi məşğuliyyət sahəsi hesab olunan baramaçılıq ötən ildən başlayaraq bərpa olunmağa başlamışdır. Ötən illə müqayisədə cari ildə rayonda barama istehsalını iki dəfə artırmaq vəzifəsi qarşıya qoyulmuşdur. Bekə ki, cari ilin may ayının əvvəlində 70 qutu, 1330 qram barama toxumu gətirilərək iyirmiyə yaxın kümçüyə paylanılmışdır. Rayonda barama saxlayan təcrübəli kümçülər tərəfindən ipəkqurdlarına lazımı aqrotexniki qulluq göstərilir. Hazırda ipəkqurdular məhsul istehsalının sonuncu mərhələsindədirlər və barama sarımağa başlayıblar.

Ağstafada bu il baramaçılıqla artıq 150-200 nəfər məşğul olmağa başlamışdır ki, bu da qarşıdakı illərdə bu sahəyə daha çox sakinin marağ göstərəcəyinı səbəb olacaqdır. Bu isə əlavə yüzlərlə yeni iş yerlərinin yaranacağı deməkdir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!