ABŞ terrorçulara 100 TIR silah verdi - Video

2017-05-24 10:34:58 / 2320 dəfə oxunub

ABŞ Türkiyəyə satmaqdan imtina etdiyi silah və hərbi avadanlığı PKK-nın Suriyadakı qollarına verib.

Sabahinfo.az "Haber7”yə istinadən xəbər verir ki, ABŞ-ın 100 TIR ağır silahı mayın 15-i və 20-si tarixlərində İraq-Suriya sərhədindən keçirilərək terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD”-yə təhvil verilib.

Silahların arasında 80 və 120 mm-lik minaatan, "MK19” bombaatan, "M4” "Gabrine” və "M16” tipli avtomat silahlar, "Humwee” hərbi avtomobili, "Cougar” tipli Piyadaların Zirehli Maşınlar və ABŞ-ın Türkiyəyə satmadığı tankəleyhinə "FGM148 Javelin” raket qurğusu da var.

Rəsmi Vaşinqton həmin silahların terrorçu İŞİD qruplaşmasının nəzarətində olan Suriyanın Rakka şəhərinin azad edilməsində istifadə ediləcəyini və əməliyyatlar bitdikdən sonra silahları terrorçulardan geri alacağını iddia edib.

Qeyd edək ki, Amerikanın terrorçulara verdiyi silahlardan Türkiyə Silahlı Qüvvələrində yoxdur.
azvision.az


Son xəbərlər
Dəyirmi masa keçiriləcək
2019-05-21 13:55:11
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!