Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət proqnoz

2017-05-25 12:00:07 / 1421 dəfə oxunub

"Büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi hesabına 1 yanvar 2017-ci il tarixinə 2 mlrd. 307 mln. manat sərbəst xəzinə qalığı yaranıb”.

Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, ÜDM-də gəlirlərin xüsusi çəkisi yüksək qalıb və keçən il bu göstərici 29% təşkil edib.

"Qeyri-neft sektorundan daxilolmaların büdcə gəlirlərində payı 47,3%-ə çatıb ki, bu da 2015-ci illə müqayisədə 5,7 faiz çoxdur. Hazırda gedən prosesləri nəzərə alaraq ölkə iqtisadiyyatının artım tempinin müsbətə doğru artacağını proqnozlaşdıra bilərik”.

A.Bayramov xatırladıb ki, FES faiz dərəcələrini artırıb və dollar bahalaşıb. Bu da dollardan asılı olan valyutaların stabilliyinə əlavə problemlər yaradıb: "Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə inflyasiyanın artmasına, iqtisadi artım sürətinin azalmasına təsir edib".

Qeyd edək ki, ötən ilki büdcənin gəlirləri 16 822,0 mln. manat proqnoza qarşı 17 505,7 mln. manat və ya 104,1% icra edilib. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə 7 714,8 min manat çox olub.

2016-cı ildə dövlət büdcəsinin xərcləri 18 495,0 mln. manat proqnoza qarşı 17 751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96,0% icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2% azdır.

Hesabat ilində dövlət büdcəsinin kəsiri 245,604 mln. manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31,232 mln. manat, xarici qrantlar 12,326 mln. manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186,819 mln. manat göstərilib.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws