Azərbaycanlı müğənni: "Qayınanam dedi, uşağı olmur, niyə saxlayırsan?"

2017-05-25 18:35:13 / 5335 dəfə oxunub

Ailədə çox üzüyola olmuşam. Hər zaman çalışdım ki, ailəm dağılmasın. Lakin dağıldı. Övladım olmadı, ailəmin dağılmasına da səbəb bu oldu.

Sabahinfo.az lent.az-a istinadən xəbər verir ki, bunu Space telekanalındaElnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" proqramında müğənniMənzurə Musayevadeyib. O, həyat yoldaşı ilə boşanmasına qayınanasının da rolu olduğunu etiraf edib: "Qayınana başqa məsələdir. Amma ailəni qorumaq başqa şeydir. İndi övladı olmayanların ailələri dağılmır. Güclü həkimlər var, uşaq sahibi ola bilirlər. Amma o vaxtlar övlad yoxdur deyə ailələr dağılırdı. Qayınanam deyirdi ki, övladı yoxdur, niyə saxlayırsan? Biz ayrıldıq. Ancaq sonra heç həyat yoldaşımın da övladı olmadı. İndi mənimlə barışmaq istəyir. Amma heç nəyin dadı yoxdur. Niyə barışım onunla?"

Müğənni ailədə həmişə güzəştə getdiyini də açıqlayıb. M. Musayeva qazandığı pulu ailə büdcəsinə əlavə etdiyini də gizlətməyib. O, ailənin qorunmasında xanımların rolunun danılmaz olduğunu bildirib: "Sözsüz ki, hər evdə olduğu kimi bizim də evdə söz-söhbətlər olurdu. Söz-söhbətsiz ailə olmaz, lakin baxır nə üstündə. Sadəcə evdə həyat yoldaşına güzəştə getməlisən. İndi qadınlar deyir ki, onu istəyirəm, bunu istəyirəm və sən etməlisən, almalısan. Ancaq bəlkə kişinin buna gücü çatmır? Qadınlar kişiləri məcbur edirlər. Xanımlar nə var ona qane olsalar, heç bir ailə dağılmaz. Mən nə var onu geyinmişəm, nə var onu yemişəm. Həyatda heç nəyin arxasınca qaçmamışam. Qismətimə nə düşüb o olub. Evə günə 200 man pul gətirirdim. O vaxt xınayaxdılar, toylar yaxşı olurdu. Qaynım arvadları deyirdilər ki, pulunu gizlət, evə vermə. Amma mən qazandığım pulu gətirib stolun üstünə qoyurdum. Özümə xərcləmirdim ki, həyat yoldaşım deyər qazanıb özünə xərclədi. Pulu stolun üstünə qoyurdum ki, bəlkə başqa nəsə edəcək. Ola bilər pis xanımam, belə olmuşam. Amma indi xanımların başqa missiyası var, başqa həyat istəyirlər".

"Xanımlar və cənablar" proqramının digər qonaqları olan psixoloq Zarina Əliyeva, əməkdar artistlər Əjdər Həmidov, Ədalət Şükürov ailənin qorunmasından danışıblar.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!