“Qarabağ” Avstriyada “Dinamo” Moskva ilə qarşılacaq

2017-05-26 18:40:50 / 3525 dəfə oxunub

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ”ın hazırlıq planına böyük ölçüdə aydınlıq gəlib. Bu barədə apasport.az saytına klubun meneceri Asif Əsgərov məlumat verib.

O bildirib ki, iyunun 1-də Bakıda bir araya gələcək komanda 15 gün sonra təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.Ağdam təmsilçisinin bu ölkədə neçə gün qalacağı Çempionlar Liqasının püşkatmasından asılı olacaq.

Belə ki, "Qarabağ” II təsnifat mərhələsində ilk görüşünü Bakıda keçirsə, Qurban Qurbanovun yetirmələri vətənə erkən qayıdacaqlar. Əks təqdirdə, yəni ilk matçına səfərdə çıxacağı halda, komandanın Avstriya toplanışının müddəti uzanacaq.

Əsgərov vurğulayıb ki, "Qarabağ” hazırlıq müddətində minimum 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi də artıq müəyyənləşib. Azərbaycan çempionu ilk matçını iyunun 20-də Rusiya təmsilçisi "Terek”ə qarşı keçirəcək. Ayın 24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək ağdamlılar 4 gün sonra yenidən meydana ayaq basacaqlar. Budəfəki rəqib isə Rusiya Premyer Liqasına qayıdan "Dinamo” (Moskva) olacaq.

Qurban Qurbanov yetirmələrini daha 1 və ya 2 sınaq matçında yoxlaya bilər. Bu isə iyunun 19-da keçiriləcək püşkatmadan asılı olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 11-12 iyul, cavab görüşləri isə bundan 1 həftə sonra keçiriləcək.


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!