Azərbaycan Qəbələ RLS-in saxlanmasına 759,4 min manat xərcləyib

2017-05-26 16:15:35 / 6702 dəfə oxunub

Azərbaycanın dövlət büdcəsindən 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınmış Qəbələ Radiolokasiya Stansiyasının (RLS) saxlanması üçün müəyyən qədər vəsait xərclənib.

Modern.az-ınməlumatına görə, bu haqda "2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

Bildirilib ki, bu məqsədlə 2016-cı ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə 759,4 min manat vəsait ayrılıb və 100% icra olunub.

Həmin vəsait əsasən "Qəbələ Radiolakasiya stansiyasının inzibati təsrrüfat zonası və texniki mövqe” MMC-nin əmlak kompleksinin mühafizəsi və saxlanılmasına xərclənib.

Rusiya uzun müddət icarəyə götürdüyü Qəbələ RLS-dəki fəaliyyətini 2012-ci ilin dekabrında dayandırıb. Qəbələ RLS hazırda Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır. Maraqlıdır ki, rəsmi şəkildə Qəbələ RLS-in işləmədiyi bildirlib. Bu halda 759,4 min manatın xərclənməsi sual doğurur...


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!