Füzulidə silahlı insident olub

2017-05-27 15:38:27 / 1473 dəfə oxunub

Füzuli rayon sakini xuliqanlıq zəminində açdığı atəşlə həmyerlisinə xəsarət yetirib.

Sabahinfo.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə mayın 26-da rayonunun Araz Yağlıvənd kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini Niyaməddin Hümbətov xuliqanlıq zəminində rayon sakinləri Fəxri Balakişizadə və Əliabbas Musayevin istiqamətində tüfəngdən atəş açıb. Bu zaman yaxınlıqda dayanan həmkəndlisi Mütəllim Muradov əlindən xəsarət alıb.

N.Hümbətov Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "Maqnum” markalı ov tüfəngi götürülüb.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws