"Messi sözün hər mənasında yeraltı sivilizasiyanın nümayəndəsidir"

2017-05-29 11:13:21 / 3009 dəfə oxunub

Luis Enrike "Barselona"nı titulla tərk edir. Mayın 27-də baş tutan İspaniya Kubokunun finalında "Alaves"i 3:1 hesabıyla məğlub edən katalonlar ardıcıl 3-cü mövsüm bu turnirdə qalib olub.

Matçdan sonra Enrike klubda fəaliyyətinin yekunu və Lionel Messi barədə fikirlərini bildirib.

"Barselona" azarkeşlərini qazanılan titullarla sevindirdiyim üçün çox xoşbəxtəm. Getməyi qərara aldım. Bu qərar mənim, futbolçular üçün daha yaxşıdır. Getməyim onların motivasiyası və stimulunu artıracaq. 13 mümkün tituldan 9-nu qazanmaq əla statistikadır.

Messi sözün hər mənasında yeraltı sivilizasiyanın nümayəndəsidir. Bəxtim gətirdi ki, onun oyunundan həzz ala bildim. Şübhəsiz ki, dünyada nömrə birdir. Bunun üçün oyunun bütün aspektlərini nəzarətdə saxlamaq və fiziki cəhətdən güclü olmaq lazımdır. Messi durumuna ciddi fikir verir. Gələcəkdə ondan çox şey gözləmək olar".

qol.az
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!