Şəkidə güclü leysan yollara ziyan vurub - Video

2017-05-29 17:24:16 / 6764 dəfə oxunub

Şəkidə küləklə müşahidə olunan yağış daha sonra doluya çevrilib.

Təbii fəlakət nəticəsində yolları su basıb, küçələrdən axan sel suları avtomobillərin hərəkətinə mane olub.

Qısa müddət davam edən sel yol təsərrüfatına da ziyan vurub. Yollar daş, qum və çınqılla örtülüb.

Şəki regional hidrometeorologiya mərkəzindən verilən məlumata görə, ən çox yağıntı rayonun Kiçik Dəhnə kəndinə düşüb və burada yağıntının miqdarı 38 millimetr olub. (ARB TV)



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!