İki məktəblinin davası ölümlə nəticələndi

2017-05-29 18:00:08 / 1187 dəfə oxunub

Masallıda iki məktəblinin münaqişəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.

İ.Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws