AFFA yanında Media Komitəsində istefa

2017-05-31 12:10:29 / 1595 dəfə oxunub

AFFA yanında Media Komitəsində istefa baş verib. Sport24.az xəbər verir ki, tanınmış həmkarımız Elçin Cəlilov 2-ci ildir üzvü olduğu qurumdan gedib.

O, bu haqda "Facebook"da şəxsi səhifəsində status yazıb: "Bir müddәtdi düşündüyüm haqda yekun qәrar verdim. AFFA yanında Media Komitәsinin bugünkü iclasında qurumun İdarә Heyәtindәn, eyni zamanda İntizam Komissiyasından ayrıldım. Düşünürәm ki, olduğun yerdә sәnin inkişafın üçün zәmin yoxdursa vә sәn nәyinsә inkişafında sәbәb ola bilmirsәnsә, orda qalmağın mәnası yoxdu. Daha әvvәl dә bildirmişdim, komitә ideyası yarananda mәnim buna qatılmağıma sәbәb o idi ki, ciddi dәyişikliyә, medianın irәliyә tәkanına rol oynayaq. Tәәssüf ki, gördüyümüz qәdәr mümkün oldu...

Mәnә sәs vermiş hәr bir kәsә minnәtdaram!".

Xatırladaq ki, Cəlilov Futbolpress.az saytınınbaş redaktorudu.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws