KƏLBƏCƏR MƏKTƏBİNDƏ RƏSUL RZA GECƏSİ

2017-06-01 14:02:30 / 3261 dəfə oxunub

Milli Qəhrəman Şahlar Şükürov adına Kəlbəcər rayon Zülfüqarlı kənd 35 nömrəli tam orta məktəbində Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən növbəti tədbir keçirildi. 31 mayda baş tutan tədbir Xalq şairi Rəsul Rzanın yaradıcılığına həsr edildi. Məktəbin təşkilati işlər üzrə direktor müavinin, dil- ədəbiyyat müəllimlərinin, kitabxanaçısının və UBT rəhbərinin birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbir şairin görüntülərini, səsini əks etdirən video çarxla başladı. Şagirdlərin ifasında "Qızılgül olmayaydı" poemasından səhnələşdirilmiş ayrı-ayrı hissələr tamaşaçılarda maraq doğurdu. Rəsul Rzanın "Rənglər" silsiləsi müxtəlif rənglərdə taclar qoymuş şagirdlərin ifasında təqdim edildi. Şairin vətən, torpaq, insan mövzularında yazdığı şeirləri də şagirdlər tərəfindən məharətlə səsləndirildi. Rəsul Rzanın şeirlərinə bəstələnmiş mahnılar da ədəbi-bədii gecəyə xüsusi rəng qatdı. Sonda məktəbin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşən Əzim çıxış edərək. Rəsul Rza poeziyasının ədəbiyyatımızdakı çəkisindən söz açdı. Rəsul Rza yaradıcılığının poeziya sənətində ədəbi məktəb rolunu oynadığını vurğulayan Elşən Əzim yeni ədəbi cərəyanların şagirdlərə öyrədilməsinin vacibliyindən danışdı. Sonda xalq şairinin müxtəlif dövrlərdə çap olunmuş kitablarından, mətbu yazılarından ibarət sərgi və fotostent nümayiş etdirildi.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws