Yay imtahan sessiyası ilə bağlı mediatur keçirilib

2017-06-01 19:39:36 / 6706 dəfə oxunub

Azərbaycan Dövlət Aqrar Universitetində də bakalavriat səviyyəsinin birinci, ikinci və üçüncü (baytarlıq ixtisasının dördüncü), magistratura səviyyəsinin birinci kurslarında 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahanları iyunun 1-də başlayıb.

ADAU-nunun rektoru, AMEA-nın müxbir üzvü, professorİbrahim Cəfərovunəmrinə əsasən sessiyanın şəffaf və obyektiv keçirilməsi məqsədi ilə işçi və kodlaşdırma qrupları, apellyasiya komissiyası yaradılıb, müvafiq qurum rəhbərlərinə konkret tapşırıqlar verilib. Bundan əlavə bütün fakültələr üzrə imtahanların təşkili və onlara nəzarət üçün xüsusi komissiyalar yaradılıb. Əvvəlki illərdən fərqli olaraq bu sessiyada imtahanların qəbulu üzrə ictimai - nəzarət qrupu təşkil edilib, qrupun tərkibinə ictimai təşkilatların rəhbərləri, Mərkəzi mətbuatın nümayəndəsi qismində "Xalq qəzeti”, "Azərbaycan” , "Respublika” qəzetlərinin bölgə müxbirləri, "Gəncənin səsi” və "Novosti Qyandji” qəzetlərinin baş redaktorları və valideynlər salınıb.

Tələbələrin arzularını və əvvəlki sessiyaların müsbət nəticələrini nəzərə alaraq imtahanların test üsulu ilə kompyuterlərlə yanaşı, şifahi və yazılı formalarda keçirilməsi qərara alınıb. Bu sessiyada imtahan verəcək tələbələrin 62 faizi testlə, 19 faizi yazılı, 19 faizi şifahi formada öz biliklərini nümayiş etdirəcək.

Xatırladaq ki, bir neçə gün öncə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun sədrliyi ilə ictimai nəzarət qrupunun toplantısı keçirilib, toplantıda sessiyanın şəffaf və yüksək nəticələrlə başa çatmasına əminlik ifadə edilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!