"Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda məktəblilərin ikinci Respublika müsabiqəsi

2017-05-30 16:43:34 / 5774 dəfə oxunub
Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik mövzusunda illik marifləndirmə proqramı çərçivəsində məktəblilərin ikinci Respublika müsabiqəsinə yenə Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində start verilib.

Bu münasibətlə təhsil müəssisəsinin mühəndislik korpusunun həyətində təşkil edilən sərgidən əvvəl bildirilib ki, Respublika Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq olunan Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişafı, təşkili üzrə pilot layihələrin hazırlanıb. Bu layihələrin və həyata keçirilməsi Təhsil Nazirliyi, Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzi tərəfindən reallaşdırılıb və sözügedən layihəni sürətləndirmək üçün respublikanın bir neçə bölgəsində işlərin icrasınına başlanılıb. Həmçinin deyilib ki, müsabiqənin məqsəd və vəzifələri Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekolofi təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakının təmin edilməsi və bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsidir.

Müsabiqə meyvəçilik, arıçılıq, heyvandarlıq, meşə məhsulları, tərəvəzçilik, subtropik bitkilər, gülçülük, dənli bitkilər, balaca fermer nominasiyaları üzrə keçirilib. Burada, ümumtəhsil və internat məktəblərinin 5-11-ci sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri iştirak ediblər.

Görülən işlər münsiflər heyətinin qiymətləndirilməsindən sonra Respublika mərhələsinə vəsiqə alacaq. Respublika mərhələsinin qalibləri isə Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!