Gəncə şəhəri mükafata layiq görülüb

2017-06-05 17:30:53 / 5841 dəfə oxunub

Portuqaliya Respublikası Braqa şəhərində Avropa Birliyi Erasmus+ KA2 proqramı çərçivəsində "100% Gənclər şəhəri” kefiyyət etiketinin təqdimat mərasimi keçirilib.

Avropanın aparıcı şəhərlərinin merləri, Avropa Gənclər Forumunun rəhbərliyi və fəal gənclər təşkilatlarının iştirakı ilə GNRation Gənclik Mərkəzində təşkil edilmiş tədbirdə Azərbaycanı "Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin sədri Elmir Vəliyev təmsil edib.

Gəncə şəhərinin 2016-ci ildə Avropa gənclər Paytaxtı tituluna uyğun bütün öhdəlikləri yüksək səviyyədə icra etdiyi nəzərə alınaraq münsiflər heyəti tərəfində "100% Gənclər şəhəri” mükafatına layiq görülüb.


Son xəbərlər
Atambayev saxlanıldı
2019-08-08 17:45:08
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!