Çimərlik mövsümü iyunun 15-də açılacaq

2017-06-06 15:42:45 / 919 dəfə oxunub

Azərbaycanda bu il çimərlik mövsümü iyunun 15-də açılacaq.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, bu ildən etibarən çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq:

"Biz iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyirik. Qadağanedici, xəbərdaredici lövhələr çimmək üçün təyin edilmiş yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib. İyunun 1-dən etibarən dəniz kənarında dincəlməyə gələnlər var. Amma rəsmi açılış iyunun 15-də olacaq”.

Məlumatda qeyd eidlib ki, bu il ölkəyə gələn turistlərin sayının çoxalması səbəbindən çimərlik mövsümünə hazırlıq tədbirlərinə daha tez başlanılıb.

"Xidmətin dalğıc-axtarış qrupu, sularda xilasеtmə məntəqə və pоst əməkdaşları ilə çimərlik mövsümünə hazırlıq məqsədilə Naziliyin Muğan, Cənub, Aran, Şimal, və Sumqayıt Regional Mərkəzlərinin inzibati binalarında tədris tədris-mеtоdiki tоplantılar keçirilmişdir. Toplantılarda çimərlik mövsümünə hazırlıq, axtarış-xilasetmə işlərinin təşkili, həmçinin əməkdaşların peşə hazırlığının yüksəldilməsi məsələlərinə diqqət ayrılmışdır. Bununla yanaşı Xidmət əməkdaşlarının fiziki-peşə hazırlıqlarının artırılması məqsədilə Bakıda və rayonlarda üzgüçülük hovuzları icarəyə götürülmüş, xilasedicilərin hazırlığının yüksək səviyyədə saxlanılması üçün mütəmadi olaraq məşğələlər keçirilmişdir. Hazırda Xidmətin bazasında III qrup 3-cü ixtisas dərəcəli dalğıc hazırlığı kursu davam edir. Kursa 20 nəfər əməkdaş cəlb olunub”.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws