“Məktəbin Uğuru” layihəsinə start verildi

2017-05-27 18:12:39 / 4560 dəfə oxunub

Şəmkir Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə əməkdaşlığı çərçivəsində "Məktəbin Uğuru” layihəsinə start verilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları və məktəblilər iştirak edib.

Layihənin əsas məqsədi istedadlı şagirdləri müəyyən etmək, onlara özünə inamı qazandırmaqda kömək etmək, təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaq və cəmiyyətdə məktəb həyatını maraqlı, unudulmaz və faydalı etməkdən ibarətdir.

Layihəyə ilk mərhələdə rayon üzrə seçilmiş şəhər və yaxın kənd məktəbləri daxil edilimişdir.
Layihə çərivəsində görüləcək işlər müasir təhsil elementləri ilə bağlı təlimlər, əyləncəvi proqramlar, maraqlı festivallar, yarışmalar, aktual mövzu ətrafında müzakirələr və peşəkarlardan təlim alma imkanları istiqaməti üzrə olacaq.

"Məktəbin Uğuru” layihəsi üzrə hər məktəbdən 1 nəfər müəllim əsas, 2 nəfər şagird köməkçi olmaqla 3 nümayəndə seçiləcək. Müraciət onlayn fomada aparılır və təqdim olunan anketi dolduraraq müəllim və ya şagird həmin sorğunu Rayon Təhsil Şöbəsinə göndərəcək. Müraciətin sonunda qiymətləndirmə nəticələrinə əsasən, seçilmiş namizədlər "Məktəbin Uğuru” layihəsinin nümayəndələri təyin ediləcəklər.

Tədbirdə Şəmkir Heydər Əliyev Mərkəzinin və Zəka Gənclərin İntellektual İnkişafı Mərkəzinin nümayəndələri çıxış edərək layihənin həyata keçirilməsi üçün lazımı köməklik göstərəcəklərini bildirdilər.

Yekunda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov "Məktəbin Uğuru” layihəsinin təqdimatının yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı. Layihənin həyata keçirilməsinin uşaqların gələcək fəaliyyətində önəmli rol oynayacağını bildirən icra başçısı məktəb direktorlarının bu işə yaxından köməklik göstərməsinin vacib olduğunu qeyd etdi.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!