Arda Turan Türkiyə millisindən qovuldu

2017-06-06 17:17:44 / 4373 dəfə oxunub

Arda Turan Türkiyə millisindən kənarlaşdırılıb.

Buna səbəb Ardanın dünən təyyarədə "Milliyyət" qəzetinin idman yazarı Bilal Meşeni ağır formada təhqir etməsi olub.

Baş verənlərdən sonra Türkiyə Futbol Federasiyası prezident Yıldırım Demirörən, federasiya rəsmisi Əli Dürüst və baş məşqçi Fatih Terimin iştirakı ilə iclas keçirilib. İclasdan sonra Arda ilə görüşən millinin baş məşqçisi Fatih Terim onun millinin düşərgəsindən kənarlaşdırıldığını açıqlayıb.

A.Turanın isə həm komanda, həm də federasiyaya daha çox zərər verməmək üçün düşərgəni tərk etdiyi bildirilir.(azvision)
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!