Masallı rayonu ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir

2017-06-07 13:00:24 / 2145 dəfə oxunub

Masallı rayonunda taxıl sahələrinin su altında qalması və badımcan sahələrində xəstəliklərin yayılması ilə bağlı bəzi KİV-lərdə "Azadlıq” radiosuna istinadən yayılan məlumatlar Masallı rayon İcra hakimiyyəti tərəfindən araşdırılmışdır.

Araşdırma zamanı məlum olmuşdur ki, "Azadlıq” radiosunun yaydığı məlumat həmişəki kimi əsassız və təxribat xarakterlidir. Belə ki, Təklə kənd sakini Səmədağa Həsənovun (AXCP-nin üzvü) bəzi taxıl sahələrinin su altında qalması ilə bağlı iddiası araşdırılan zaman məlum olmuşdur ki, bu şəxs ot kimi biçilən sahələrin taxıl kimi qeydə alınmasını və subsidiya verilməsini tələb edir ki, bu da qanunla mümkün deyildir.

Qanunsuz tələbi təmin edilmədiyi üçün müxalifət düşərgəsinin Masallıdakı radikal üzvü olan bu şəxs, adəti üzrə qaralama kampaniyası aparmağa çalışır.

Masallı rayonu Həsənli kənd sakini Toğrul Məhərrəmlinin (Müsavatın üzvü) badımcan sahələrində xəstəliyin yayılması ilə bağlı məlumatı rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri tərəfindən araşdırılmış və əsassız olduğu müəyyən olunmuşdur. Bildiririk ki, bu şəxsin özünə məxsus torpaq sahəsində badımcan bitkisi əkilməmiş və verilən məlumatdan xəbərsiz olduğunu bildirmişdir.

Məlumat üçün bildiririk ki, Masallı rayonunda 2017-ci ilin məhsulu üçün 11934 hektar sahədə payızlıq əkinlər (7430 hektar buğda, 3055 hektar arpa və 1449 hektar sair əkinlər) aparılmışdır. 4950 hektar torpaq sahəsində isə yazlıq bitkilər əkilmişdir.

Belə ki, 940 hektar sahədə kartof əkini aparılmışdır. Hazırda kartofun çıxarılması yekunlaşmaq üzrədir və tədarükündə heç bir problem yoxdur. 474 hektar sahədə badımcan bitkisi əkilmiş və hazırda yığımına başlanılmışdır. Bundan başqa rayon ərazisində 187 hektar çəltik, 32.5 hektar tütün, 88 hektar qarğıdalı, 545 hektar pomidor, xiyar, 382 hektar bostan, 63 hektar soğan, 39 hektar sarımsaq, 345 hektar dənli və dənli paxlalı bitkilər, 193 hektar yonca, 34 hektar günəbaxan, 65 hektar bibər və sair bitki növləri əkilmişdir. Bildiririk ki, əkin sahələrinin becərilməsində və suvarılmasında heç bir çətinlik müşahidə olunmur.

Bu məlumatlar bir daha göstərir ki, "Azadlıq” radiosu həmişəki kimi dezinformasiya, təxribat xarakterli, birtərəfli məlumatlar yayır və hər bir şeyi özləri görmək istədikləri kimi təqdim etməyə çalışırlar. Ona görə də mətbuat orqanlarından belə qərəzli informasiyalara etibar etməmələri xahiş olunur.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws