Türkiyəli nazir Natiq Əliyevin vəfatı haqda: "Çox ağır durumda gəlmişdi..."

2017-06-09 18:55:40 / 3903 dəfə oxunub

Türkiyənin səhiyyə naziri Receb Akdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin İstanbul klinikalarından birində vəfat etməsi ilə bağlı jurnalistlərin suallarına cavab verib.

Sabahinfo.az virtualaz.org-a istinadənxəbər verir ki, nazir "İstanbula təyyarədən yeni endiyini, nazirin vəfatı ilə bağlı xəbəri indi aldığını, təfərrüatları bilmədiyini" deyib.

"Məsələnin ancaq bu tərəfini bilirəm ki, bir neçə gün əvvəl Azərbaycan tərəfindən tələb aldıq. Bu tələb əsasında buradan ambulans-təyyarəmizi götürdük və dəyərli nazirimizi Türkiyəyə müalicəyə gətirdik. Amma çox ağır durumda gəlmişdi. Türkiyəyə gələrkən durumu son dərəcə ağır idi"-Receb Akdağ bildirib.

Natiq Əliyev ürək damarlarının tıxanmasına görə kritik vəziyyətdə Neftçilər xəstəxanasında yerləşdirilmişdi, orada həkimlərin ilkin yardımından sonra Türkiyəyə aparılmışdı. Nazir ötən günİstanbulun "Florence Nightingale" klinikasında vəfat edib.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws