Mingəçevirdə arvadının və övladlarının başını kəsən cinayətkar - Ləqəbi "Laska"dır

2017-06-09 17:57:13 / 3786 dəfə oxunub

Mingəçevirdə arvadını və övladlarını öldürən şəxs kriminal aləmdə "Laska" ləqəbi ilə tanınır.

Sabahinfo.az report-a istinadən xəbər verir ki, Lazım Ağa oğlu Hüseynov əvvəllər adam öldürmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün iki dəfə həbs edilib. O, ümumilikdə 17 il məhkumluq həyatı yaşayıb.

L.Hüseynov arvadının və iki azyaşlı uşaqlarının başını kəsərək bədənindən ayırıb.
Hazırda dindirilən L.Hüseynov istintaqa ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws