Millimizin yeni səfər forması - Fotolar

2017-06-09 19:22:16 / 2431 dəfə oxunub

Milli komandamızın yeni səfər forması təqdim edilib.

Sabahinfo.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, səfər forması qırmızı rəngdədir. Bundan əvvəl təqdim edilən ev oyunları üçün forma isə göy rəngdədir.

Qeyd edək ki, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana "Nike" istehsallı formada çıxacaq.

Bundan əvvəl seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən "Umbro" və "Nike" şirkətləri ilə danışıqlar aparıb. "Nike" şirkəti "Umbro" ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə "Nike" arasında razılıq əldə olunub.







Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws