Məşhur həkim Bakıda xəstə qəbulu keçirir – Foto

2017-06-14 15:12:37 / 2096 dəfə oxunub

Kolumbiyadan dəvət edilmiş Javeraniya Universitetinin inteqrativ təbabət kafedrasının professoru, seqmentar-metamer biopunktura üsulunun banisi, tibb elmləri doktoru Arturo О’Birne dünən Bioloji Təbabət Klinikasında seminar keçirib.

Seminarda tibb elmləri doktoru "Biotənzimləyici sistemli təbabət və qadın sağlamlığı” mövzusunda danışaraq öz təcrübələrini Bioloji Təbabət Klinikasının həkimləri ilə bölüşüb.

Professor Arturo О’Birne klinikanın həkimləri haqqında da fikir söyləyib. O, Bioloji Təbabət Klinikası həkimlərinin müntəzəm olaraq elmlə məşğul olduğunu və xəstəliklərin aradan qaldırılması üçün daim araşdırma apardıqlarını deyib. Tanınmış professor həkimlərin xəstələrə münasibətinin təqdirəlayiq olduğunu vurğulayıb.

Tədbirin sonunda Bioloji Təbabət Klinkasının professoru, tibb elmləri doktoru Fikriyyə İbrahimli Arturo О’Birneyə öz biliklərini və təcrübələrini klinikanın həkimləri ilə bölüşdüyü üçün təşəkkür edib.

Qeyd edək ki, Bioloji Təbabət Klinikasında professor Arturo O'Birne tərəfindən xəstə qəbulu və seminar iyunun 17-nə qədər davam edəcək. Seminarda biotənzimləyici təbabət və qadın sağlamlığı, leykoreya, bartolinit, kandidoz, kiçik çanaq orqanlarının iltihabı xəstəlikləri, menopauza haqqında danışılacaq.

Xəstə qəbulu iyunun 12-dən 17-nə qədər (saat 09:00-dan 13:00-dək) aşağıdakı xəstəliklər üzrə aparılır:

Mədə-bağırsaq traktı xəstəlikləri

Tənəffüs sistemi xəstəlikləri

Autoimmun xəstəliklər

Revmatoloji xəstəliklər

Sidik-cinsiyyət sistemi xəstəlikləri

Allergik xəstəliklər

axar.az





Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws