Fiziki qüsurlu insanları belə sağaldırıq - Elxan Yaqubov

2017-06-16 12:43:10 / 2900 dəfə oxunub

Bu gün tanınmış iqtisadçı, Bioloji Təbabət Klinikasının təsisçisi Elxan Yaqubovun doğum günüdür.

Yaqubov Elxan Ənvər oğlu 1968-ci il iyunun 16-da Göyçay rayonunun Qaraxıdırlı kəndində anadan olub. 1985-ci ildə Qaraxıdır kənd orta məktəbini, 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının iqtisadiyyat fakültəsini bitirib. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunun dissertantıdır.

O, 2001-ci ildə dünya üzrə mərkəzi Almaniyada yerləşən bioloji təbabətlə müalicə metodunu (Bioloji Tənzimləyici Təbabət) Azərbaycana gətirib və fəaliyyətə başlayıb. Bioloji Tənzimləyici Təbabət metodları ilə müalicə edən bütün ixtisaslar üzrə həkimləri tam hazırladıqdan sonra 2009-cu ilin fevralından Bioloji Təbabət Klinikasını təsis edib.

Elxan Yaqubov həmçinin yaradıcılıqla və tarixi araşdırmalarla da məşğuldur. O, 2007-ci ildə Prezident İlham Əliyevin həyatından bəhs edən "Hər bir azərbaycanlının prezidenti”, 2012-ci ildə tariximizlə bağlı "Qara xaç yürüşü”, 2014-cü ildə isə Xocalı faciəsi haqda "Torpaq qan ağlayır” kitablarını çap etdirib.

Axar.aziqtisadçı, araşdırmaçı-yazar, Bioloji Təbabət Klinikasının direktoru Elxan Yaqubovla müsahibəni təqdim edir:

- Necə oldu ki, bioloji təbabətlə müalicə üsulu Azərbaycanda tətbiq olunmağa başlandı?

- 1998-ci ildə paytaxtda "Planeta” əczaçılıq şirkətini təsis etdik. Gördük ki, həkimlər, xəstələr Almaniyanın "Hel” firmasının dərmanlarının müalicə effektlərindən çox razı qalırlar. Biz də həmin firma ilə əlaqə saxladıq. Almaniyada Bioloji Təbabətlə Müalicə Cəmiyyəti ilə tanış olduqdan sonra qərara gəldik ki, bu sahəni Azərbaycanda da inkişaf etdirək.

2009-cu ildə Azərbaycanda Bioloji Təbabət Klinikasını təsis etdik. Öz sahəsi üzrə ixtisaslaşan, bioloji təbabəti bilən həkimləri bir araya topladıq və fəaliyyətə başladıq.

Klinika fəaliyyətə başladıqdan sonra xarici ölkələrdən bioloji təbabəti bilən mütəxəssisləri dəvət etdik və bu sayədə xeyli həkim onlardan dərs aldı.

- Bioloji təbabət digər müalicə üsullarından nə ilə fərqlənir?

- Bioloji təbabət deyəndə insanlar bunu bioloji aktiv əlavələrlə, xalq təbabəti və otlarla müalicə ilə səhv salırlar. Bioloji təbabətlə müalicənin indiki adı "biotənzimləyici müalicə” adlanır. Bioloji təbabətlə müalicə orqanizmdə olan anadangəlmə bioloji prosesləri nizama salır, insan orqanizmində pozulmuş bioloji normanı bərpa edir.


- Bioloji təbabətlə bağlı gələcəyə dair planlarınız nələrdir?

- Bəzi xəstəliklərin müalicəsi bir aydan bir ilə qədər davam edə bilir. Lakin bölgələrdə yaşayan xəstələrin tez-tez gəlib yoxlanmağa imkanı olmur. Ona görə də bölgələrdə də Bioloji Təbabət Klinikasının filiallarını açmağa qərar verdik.

2012-ci ildə Göyçay rayonunda, 2014-cü ildə Sumqayıtda Bioloji Təbabət Klinikasının filiallarını açdıq. Bu ilin sonlarında isə Masallı rayonunda Bioloji Təbabət Klinikasının növbəti filialı fəaliyyətə başlayacaq.

- Bioloji təbabət sahəsində çalışmaq üçün tibb təhsili vacibdirmi?

- Bəzən insanlar düşünürlər ki, bioloji təbabətdə çalışmaq üçün tibb təhsili vacib deyil. Bu işi ara həkimlər də görə bilər, amma bioloji təbabətdə çalışmaq üçün mütləq şəkildə tibb təhsili olmalıdır. Bioloji təbabət tibb təhsilindən sonrakı, daha yüksək səviyyədir.

- Bioloji Təbabət Klinikası bu sahədə hansı nailiyyətləri əldə edib?

- Bioloji təbabətlə müalicə zamanı ilk olaraq xəstəliyin hansı mərhələdə olması müəyyən olunur və sonra xəstəlikdən asılı olaraq, müalicənin müddəti müəyyənləşdirilir.

Fiziki məhdudiyyətli çox sayda xəstə bioloji təbabət sayəsində tam sağlam şəkildə ayağa qalxıb. Astma, qaraciyər, mədə-bağırsaq, ürək-damar, şəkərli diabet və s. xəstəliklərin tam sağaldılması mümkündür.

- Bioloji təbabətlə bağlı insanlara daha nə demək istəyərdiniz?

- Bəzi həkimlər bioloji təbabətə ciddi yanaşmırlar. Tövsiyyə edirəm ki, mülahizə yürütməzdən əvvəl gəlib təlimlərdə iştirak etsinlər və bioloji təbabət barədə məlumat alsınlar. Qeyd edim ki, Tibb Universitetinin müalicə fakültəsini bitirən istənilən həkim gəlib ödənişsiz şəkildə seminarlarımızda iştirak edə bilər.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws