Şəkər xəstələrinə şad xəbər: amputasiya olmayacaq – Video

2017-07-10 11:01:12 / 1765 dəfə oxunub

Şəkərli diabet xəstəliyi üçün xəstəliyin ağırlaşdırıcı mərhələsində çıxış yolu kimi aşağı ətrafların – ayaqların amputasiyası geniş yayılıb. Bunun da nəticəsində xəstələrin əlil və şikəst olması vaxtaşırı təsadüf edilən hala çevrilib.

Avropada, xüsusilə Almaniyada geniş yayılan bioloji təbabət isə şəkərli diabet xəstələrinin əlil olmasına imkan vermir. Artıq regionda ilk olaraq Azərbaycanda da tətbiq edilən bioloji təbabət sayəsində orqanizmin özünüsağaltma qabiliyyəti bərpa edilir.

Bioloji təbabətdə istifadə olunan dərmanların dozası orqanizmin öz tənzimlənməsində iştirak edən maddələrin miqdarındadır, yəni molekulyar səviyyədədir. Buna görə də bioloji təbabətin müalicəsi tənzimedici müalicədir və tam ziyansız sayılır.

Bioloji Təbabət klinikasında biotənzimləyici müalicə metodları ilə yüzdən çox şəkərli diabet xəstəsində bu xəstəliyin fəsadlarından biri kimi əliliyə səbəb olan aşağı ətrafların trofik xoraları tam sağalıb, aşağı ətrafların amputasiya olunmasının qarşısı tamamilə alınıb.

Axar.azbioloji təbabətin bu imkanlarını özündə əks etdirən videonu təqdim edir:




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws