Qohumla ailə quranlar: Bu müayinədən mütləq keçin!

2017-07-12 12:00:38 / 1735 dəfə oxunub

Genetik müayinə bu gün insanlara tibbi xidmət sahəsində hansı imkanları yaradır?

Suala cavab vermək üçün müasir tibbin inkişafına diqqət yetirmək, gələcək nəslin sağlam olmasının vacibliyini vurğulamaq lazımdır.

Bu gün Azərbaycanda genetik laboratoriyaların ən yüksək şəkildə xalqa xidmət etməsi əslində böyük tibbi təkamülün nəticəsidir. İllər əvvəl ABŞ-da insanın genetik kodlarını müəyyənləşdirmək insanların taleyini yazmaq kimi açıqlanırdı.

Genetik baxımdan sağlam nəslə sahib olmaq, əslində, hər dövlət üçün böyük uğurdur. Çünki genetik müayinələrin əsas məqsədi sağlam nəsil yetişdirməkdir. Bu gün genetik müayinə ilə sadəcə genetik xəstəlikləri müəyyənləşdirmək deyil, eyni zamanda, xroniki xəstələrin həyat komfortunu təmin etmək mümkündür.

Müasir tibbi-texniki inkişafın yüksəlişini diqqətə alaraq, heç kimin dünyaya və topluma xəstə uşaqlar verməyə haqqı yoxdur.

Genetik müayinədən kimlər keçməlidir?

Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda qohum evlilikləri olduqca çoxdur. Qohum evliliklərində genetik xəstəliklərin müayinəsi mütləq olmalıdır. Hər nə qədər cütlüklərin ailə üzvləri sağlam olsalar da, ümumiyyətlə irsi xəstəliklər dünyaya gələcək körpəyə daşıdığı gen vasitəsilə keçir və özünü daha kəskin şəkildə büruzə verir. Ona görə də qohumluq münasibətləri olan cütlüklər mütləq şəkildə nikahdan əvvəl və ya hamiləlik zamanı genetik müayinədən keçməlidirlər.

Araşdırmalara görə, Azərbaycanda qohum evliliklərinin əksər hissəsi talasemiya genetik xəstəliyinin daşıyıcısı olur. Buna görə də uşaq doğulduqdan sonra onun ölümünə, fiziki qüsurlu olmağına səbəb olan, müalicəyə tabe olmayan ağır xəstəliklərin erkən diaqnozu çox əhəmiyyətlidir.

Prenatal diaqnostika isə əsasən döldəki irsi xəstəliklərin və inkişaf qüsurlarının müəyyən olunmasına istiqamətlənmiş tibbi prosesdir.

Təsəvvür edin ki, laboratoriyada insanın genetik kodunu oxuyan DNT cihazı vasitəsilə bütün genetik xəstəliklərin diaqnozunu qoymaq mümkündür. Hazırda bu cihaz vasitəsilə bir sıra xəstəliklərin doğuşdan, nikahdan əvvəl də diaqnozu qoyulur.

Evlənməyə hazırlaşan hər bir cütlüyün sağlam övlada sahib valideyn ola bilməsi üçün genetik müayinədən keçməsi şərt olmalıdır.

Dünya tibbində yoxlanılmış, Azərbaycanda xüsusi mərkəzlərdən biri olan Afgen Genetik Diaqnostika mərkəzi 2011-ci ilin avqust ayından etibarən Bakıda fəaliyyət göstərir. 2012-ci ildən isə bu mərkəz Bioloji Təbabət Klinikası ilə birgə çalışır.

Xatırladaq ki, Afgen Genetik Diaqnostika Mərkəzinin rəhbəri azərbaycanlı professor, dünya genetika elmində tanınmış alimlərdən biri Afiq Bərdəlidir.





Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws