Regionlarda "Açıq hökumətin təşviqi” dən danışıldı

2017-06-22 13:31:26 / 1723 dəfə oxunub

"Tərəqqi” Sosial-iqtisadi araşdırmalar İctimai BirliyiAzərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə""Açıq hökumətin təşviqi”inin bölgələrdə əhali arasında təbliğat və maarifləndirmə” layihəsi çərçivəsində Hacıqabul, Şirvan, Sabirabad və Salyan rayonlarında tədbir keçirib. Layihə rəhbəri İndira Şəmsivari Layihə barəsində məlumat verib. Bildirib ki, 3 ay həyata keçirilən layihə "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsində ictimai rolun artırılmasından bəhs edir. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” uğurla davam etdirilir. Geridə qalan illər ərzində proqramda nəzərdə tutulan tədbirlər uğurla icra olunur. Ancaq bütün bunlara baxmayaraq bu Plan Bakı və Bakı ətrafında yaşayan vətəndaşlar üçün əlçatım olsa da regionda olan vətəndaş bu proqram barəsində yetərli məlumata malik deyil. Bütün bunların qarşısını almaq üçün Qaradağ, Hacıqabul, Şirvan, Salyan rayonlarında vətəndaşlar arasında maarifləndirmə işi həyata keçiriləcək. Vətəndaşlara Milli Fəaliyyət Planı ilə bağlı ətraflı məlumatlar veriləcək və bu proqramın onların rifahı naminə Möhtərəm Prezidentimiz tərəfindən imzalandığı bir daha xalqın nəzərinə çatdırılacaqdır

İ.Şəmsivari layihə çərçivəsində görülən işlərdən də danışıb deyib ki,Layihənin məqsədi regionlarda olan vətəndaşların "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” barəsində daha ətraflı məlumat etməsində ictimai rolun artırılmasıdır. Bu məqsədə çatmaq üçünHacıqabul, Şirvan, Sabirabad və Salyan rayonlarında dəyirmi masalar keçirilib. Vətəndaşlara dövlət proqramı ilə bağlı ətraflı məlumat verilib: "Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin hüquq və azadlıqlarının qorunması, korrupsiyaya qarşı mübarizə dövlətin əsas prioritet hesab etdiyi sahələrdəndir.Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Açıq Hökumətin təşviqi”nə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının icrası zamanı xeyli işlər görülüb. Bəyannamənin məqsəd və məramından irəli gələrək hökumət fəaliyyəti haqqında məlumatın mövcudluğu artırmalıb, ən mühüm qərarların qəbulu və icrasında vətəndaş iştirakını dəstəklənib, idarəçiliyik müddətində professional bütövlüyün ən yüksək standartları tətbiq edilib, aşkarlıq və hesabatlılıq məqsədilə yeni texnologiyalara giriş artırılıb.Artıq əksər dövlət qurumları bu sistemin tətbiqinə başlayıblar. Bunlardan biri də "ASAN” xidmət mərkəzlərinin yaradılmasıdır. Vətəndaşların yeni texnologiyalardan istifadəsi, daha az vaxt sərf etməklə, məmur-vətəndaş ünsiyyətinin azaldılması, korrupsiya və rüşvətin tamamilə aradan qaldırılması, eləcə də şəffalığın təmini üçün bu sistem əhəmiyyətli rol oynayır. Statistik məlumatlara görə, ASAN xidmətin yaratdığı şəraitdən 6 milyondan çox insan faydalanıb.Açıq Hökumətin təşviqi ilə bağlı əsas prioritetlərdən biri də Elektron Hökumətdir.Portalda təsdiq olunmuşxidmətlərin sayı417, portaldaolan xidmətlərin sayı236-dır.Təbii ki, bu prosesin həyata keçirilməsi üçün dövlət nəzarəti həyata keçirilir. Digər xidmətlər də bu sistemin tətbiqinə hazır olmalı və başlamalıdır. "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” da qəbul olunduğu dövrdən bu yana proqramda nəzərdə tutulan işlər icra planına uyğun davam etdirilir. Artıq bir sıra sahələrdə elektron idarəetmə, vətəndaşların hüquqlarının qorunması və korrupsiya hallarının qarşısının alınmasında mühüm addımlar atılıb. Ancaq bütün bunlara baxmayaraq hökumətin həyata keçirdiyi bu kimi islahatlardan vətəndaşların məlumatlanması çox aşağı səviyyədə qiymətləndirilir. Bunu regionlarda keçirilən sosioloji sorğuların nəticələri də təsbit edir. Təşkilat olaraq İsmayıllı, Quba, Xızı və Sumqayıtda keçirdiyimiz sorğu zamanı məlum olub ki, regionda olan vətəndaşlar ümumiyyətlə "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” barəsində məlumatsızdırlar. Bu Planın nə üçün qəbul edildiyini, Planda vətəndaşların hüquq və azadlıqlarının hansı səviyyədə qorunduğunu və ümumiyyətlə bu proqramın onların həyatında nə kimi rol oynadığını bilmirlər. Bu baxımdan təşkilat olaraq Hacıqabul, Şirvan, Salyan, Sabirabad rayonlarında vətəndaşların "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” barəsində daha ətraflı məlumatlandırmasına qərar verdik. Bundan öndəki layihəmizin icrası zamanı,biz, bölgələrdə sadə əhaliyə onların başa düşəcəyi dildə izahatlar verərək, bu proqramı sırf onlara xidmətində durduğunu söyləmişik. Cox qürur verici bir haldır kı, artıq bir necə dəfə bizə minnətdarlıq zəngləri olmuşdur. Belə ki, Xızı sakini müəllimə bizə zəng edərək bildirdi ki, sizin maariflənmədən sonra mən ailə üzvlərimi və həyat yoldaşımı Elektron Hökümət Portalından qeydiyyatdan keçirərək hər birimizə aid olan müvafiq kod və şifrələri əldə etdik. Ondan sonra bu kod və şifrə ilə daxil olduqdan sonra məlum oldu ki, həyat yoldaşımın çalışdığı iş yerlərindən biri olan MMC-dəki işlədiyi dövr bu şəxsi vərəqəyə düşməmiş və aybayı işlədiyi dövrdə onun əmək haqqından 3% DSMF-yə tutulan məbləğ şəxsi hesaba daxil edilməmişdir və o bizim məsləhətimizə həmin rayonun müvafiq orqanın fərdi ucot şöbəsinə aydınlaşdırlmaq üçün yönəldilmişdir”.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws