Yol polisi bu gündən cərimələməyə başladı

2017-08-01 10:15:14 / 1149 dəfə oxunub
Avqustun 1-də Azərbaycanda xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti başa çatıb.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu gün dən avtomobillərini texniki baxışdan keçirməyən maşın sahibləri inzibati məsuliyyətə cəlb olunacaqlar.

Belə ki, fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobilləri 1 may-31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir.

Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir.

Yük avtomobilləri və avtobusların texniki baxışı isə 1 avqust-31 oktyabr tarixləri aralığında aparılacaq.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws