İki gün öncə itkin düşən oğlan hələ tapılmayıb

2017-09-23 15:39:28 / 472 dəfə oxunub

Sentyabrın 21-də Xırdalanda itkin düşmüş 13 yaşlı Ülvi Cəfərli hələ tapılmayıb.

Sabahinfo.az-ın məlumatına görə, Abşeron rayonu, Xırdalan Polis İdarəsinin bölməsindən Lent.az-a bildirilib ki, yeniyetmənin axtarışları davam etdirilir.

Uşağın valideyni Ruslan Cəfərlinin sözlərinə görə, havanın qaranlıq olması ilə əlaqədar küçədəki müşahidə kameralarının görüntüləri effekt verməyib.

Qeyd edək ki, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə, ev 3, mənzil 36-da yaşayan 2004-ci il təvəllüdlü Cəfərli Ülvi Ruslan oğlu itkin düşüb. Bu barədə Unikal.org-a itkin düşən Ülvinin atası Ruslan Cəfərli bildirib. O deyib ki, övladı axşam saat 19:00 radələrində müəllim yanına hazırlığa getmək üçün evdən çıxıb: "Gecə evə qayıtmadığına görə, ilk olaraq müəllimi ilə əlaqə saxladıq. O, Ülvinin hazırlığa gəlmədiyini bildirib. Hadisədən dərhal sonra polisə müraciət etdik. Hazırda axtarışlara qohum-qardaşlar da qoşulub”.




Son xəbərlər
YAP da mitinq keçirəcək?..
2017-10-21 10:30:48



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws