Gədəbəydə övlad hər iki valideynini öldürdü - Dəhşətli qətlin təfərrüatı

2017-09-23 17:32:37 / 632 dəfə oxunub

Övlad hər iki valideynini öldürüb.

Sabahifo.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Gədəbəy rayonun Qurudərə kənd sakinləri deyib: "Hadisə saat 4-5 radələrində baş verib. Bu günə kimi Şöhrətlə valideynləri arasında heç bir mübahisə baş verməyib, narazılıqları olmayıb. Münaqişə bir anın içində olub. Və onun nə üstündə yarandığı bəlli deyil. Şöhrət Bakıda yaşayır. Harada qeydiyyatda olduğunu da bilmirik. Bir ay olardı ki, kəndə qonaq gəlmişdi. Atası həmişə oğlundan razılıq edib. Şöhrət heç bir yerdə işləmir, alverlə məşğul olurdu. Bir ara Rusiyada yaşayıb. Şöhrətin valideynləri nəvələri ilə qalırdı. Qızları da tez-tez gəlib gedirdi".

Sakinlər bildirib ki, Şöhrət anasını həyətdəki ağacın dibində öldürüb: "Şöhrət atasını həyətdəki dama aparıb və orada bir neçə yerındən bıçaqlayıb. Onun səsinə anası gəlib. Atasının öldüyünə tam əmin olandan sonra düşünüb ki, anası bunu görüb. Hadisənin ört-basdır olunması üçün anasını da öldürmək qərarına gəlib. Axtaranda anasını həyətdəki iri ağacın arxasında tapıb. Elə oradaca anasını da bıçaqlayıb. Onun da öldüyünü biləndə hadisə yerindən qaçıb".

Qeyd edək ki, Gədəbəydə qətl hadisəsi baş verib. Rayonun Qurudərə kənd sakini 55 yaşlı Şöhrət Məsimov ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib.




Son xəbərlər
YAP da mitinq keçirəcək?..
2017-10-21 10:30:48



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws