Azərbaycanda xanımlar şalvardan imtina edir - SƏBƏB

2017-09-25 10:21:11 / 843 dəfə oxunub

20-ci əsrin əvvəllərində Coco Shanelin sayəsində qadın şalvarı dəbə mindi. O gündən etibarən şalvarlar öz aktuallığını qoruyub saxlaya və qadın qarderobunun ayrılmaz hissəsinə çevirə bilib. Hər il dizaynerlər şalvarların yeni üslubunu və formasını hazırlayır. Amma son zamanlar xanımlar arasında fərqli tendensiya müşahidə edilir.

Belə ki, şalvarlara üstünlük verən xanımlarımız da artıq ətəklərə keçid ediblər. Necə deyərlər, qısa və ya uzun ətəkli xanımlar hər yerdədir.

Maraqlıdır, bunun səbəbi nədir? Niyə əksər xanımlar şalvara deyil, ətəklərə üstünlük verir?

Ətəklər bu mövsüm də dəbdə olacaq

Tanınmış modelyer Gülnarə Xəlilova Modern.az-aaçıqlamasında bildirib ki, bunun izahı yalnız dəblə bağlıdır:

"Bunun bir səbəbi var. Artıq üç ildir ki, qadın siluet formaları dəbdədir. Məsələn, əvvəllər yayda gecə ziyafətlərində uzun geyimlərə üstünlük verilirdisə, indi xanımlar rahatlıqla ipəkdən hazırlanan, naxışları fərqli olan ətəklər geyinir. Bununla yanaşı, qısa ətək formaları da gündəmdədir. Yəni şəhərdə şalvardan çox, ətəkli xanımlara rast gəlməyin yeganə səbəbi dəbdir.

Digər tərəfdən, son zamanlar dəbə gələn formalar dəbdən sürətlə çıxmır. Yəni hansısa yenilik uzun müddət müşahidə edilə bilir. Sadəcə yaranan üslubların, üstünlük verilən geyimlərin daha fərqli formaları meydana çıxır. Məsələn, əgər bu gün ətək gündəmdədirsə, dizaynerlər daha çox onun üzərində işləyirlər. Baxın, bu gün aksesuarlar da dəbdədir və bundan sonra da belə olacaq. Bu sahədə yeni ideyalar heç zaman tükənmir. Bu səbəbdən ətəklər bu mövsümdə də dəbdə olacaq. Qadını incə göstərən seluet formaları ilə yanaşı,həm də geniş həcmli geyimlər mövcuddur”.

Çəp kəsimli, karandaş modelli ətəklər...

Modelyer dəbdə olan ətək formalarından da söz açıb:

"Bu gün həm qısa, həm də uzun ətəklərin gündəmdə olduğunu deyə bilərik. Hətta keçən mövsümdən gördüyümüz fransız uzunluğu-topuğa yaxın uzunluqda olan ətəklər də hazırda dəbdədir. Ümumiyyətlə, uzunluq və qısalıq yaxud darlıq və genişlik üsluba görə fərqlənir. Hər üslubda eyni model olmur, hər üsluba hər parça və ya hər rəng getmir. Bu səbəbdən üslublar dəyişdikcə qeyd etdiyim məqamlar özünü göstərməyə başlayır.

Forma olaraq çəp kəsimli, karandaş modelli ətəklər gündəmdədir. Bu gün bir çox formaların mövcud olduğunu görürük. Yəni artıq dəb bizi təəccübləndirə bilmir. Çünki hazırda dəbdə iqtisadiyyatın özü belə nəzərə alınır. Əsas odur ki, kütlənin sevdiyi, zövqünü oxşayacaq formalara uyğun geyimlər hazırlanır. Dizaynerlər aktual geyimləri, alıcılıq qabiliyyətini nəzərə alıb yeni ideyalar üzərində çalışır. Bu baxımdan ətəklərin də dəbdə olması əbəs yerə deyil”.




Son xəbərlər
YAP da mitinq keçirəcək?..
2017-10-21 10:30:48



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws