Bu məşhurların İnstaqram izləyiciləri saxtadır? - İddia

2017-09-25 16:16:48 / 2418 dəfə oxunub

Sosial şəbəkədə yayılan bir paylaşım məşhurlarımızın etirazına səbəb olub.

Axşam.az-ın məlumatına görə, yayılan fotoda qeyd olunub ki, bir çox sənət adamı İnstaqram səhifəsində izləyicilərinin sayını pulla artırıb. Hətta bunun üçün onların 1000, 5000 manata qədər pul ödədiyi qeyd edilib.

Paylaşımda aktrisa-aparıcı Zümrüd Qasımova, Zaur və Günay Baxşəliyevalar, Röya Ayxan, Roza Zərgərli, Nazim Məmmədov və Aysel Əlizadənin adı qeyd edilib.

Yazıda "Min izləyici artırmaq 30 manatdır. 1500 manata səhifəni 1 milyon edib verərəm” sözləri qeyd edilib.


Z.Qasımova heç vaxt belə addım atmadığını bildirib:

"Bunu paylaşıblar ki, guya mən pul verib, izləyici toplayıram. Nəyimə lazımdır, işim-gücüm qurtarıb kiməsə 5 min verim. 5 minim olsa, gedib maşınımın kreditini bağlayaram”.


R.Zərgərli də paylaşıma şərh yazaraq etirazını bildirib:

"Ondan soruşun görün mənim nömrəmi bilir? Bunlar səhifələri oğurlayanlardır”.

Qeyd edək ki, İnstaqramda Rozanın 1 milyon, Zümrüdün isə 80 min izləyicisi var.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!